• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Bakı-Tbilisi-İrəvan formatında danışıqlara razıdır

Azərbaycan Bakı-Tbilisi-İrəvan formatında danışıqlara razıdır
24.10.2022 15:31
Azərbaycan Bakı-Tbilisi-İrəvan formatında üçtərəfli məsləhətləşmələr keçirməyə hazırdır, bu barədə Prezident İlham Əliyev bildirib. 

"Bu gün Gürcüstanın baş naziri ilə Azərbaycan, Gürcüstan və Ermənistan arasında məsləhətləşmələrlə bağlı fikir mübadiləsi apardıq. Əgər Ermənistan razılaşarsa, biz də buna hazırıq”, - Əliyev bazar ertəsi Tbilisidə Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə mətbuata açıqlama verərkən deyib.

Əliyev həmçinin qeyd edib ki, Gürcüstanla strateji münasibətlər müttəfiqlik münasibətləri səviyyəsinə çatıb.

"Bu gün bir çox sahələrdə sıx əməkdaşlıq etdiyimiz üçün strateji münasibətlərimizin müttəfiqlik səviyyəsinə yüksəldiyini söyləmək olar. Eyni zamanda, ikitərəfli əməkdaşlıq formatı təkcə ölkələrimiz üçün deyil, bütövlükdə region və Avropa üçün vacibdir”, - deyə Əliyev bildirib.

Öz növbəsində Gürcüstanın baş naziri bildirib ki, danışıqlar zamanı regiondakı vəziyyət və Azərbaycanla Ermənistan arasında sülh prosesi müzakirə olunub.
 
"Mən və Gürcüstan hökuməti sülh siyasəti üçün mümkün olan hər şeyi edəcəyik. Regiondakı xoşməramlı münasibətlər əməkdaşlığın heç bir formasına zidd deyil, bu, yalnız onları gücləndirəcək və əminəm ki, biz birlikdə çox şey edə bilərik”, - Qaribaşvili bildirib.

O əlavə edib ki, Tbilisi Azərbaycan Prezidentinin Cənubi Qafqaz ölkələri arasında üçtərəfli formatda əməkdaşlıq haqqında oktyabrın 6-da Praqada təklif etdiyi təşəbbüsü dəstəkləyir.

Əliyev oktyabrın 6-da Praqada "Avropa Siyasi Birliyi” sammiti çərçivəsində "Avropa qitəsində sülh və təhlükəsizlik” mövzusunda keçirilən dəyirmi masada Azərbaycan-Gürcüstan-Ermənistan vahid platformasının yaradılmasının vacibliyini bildirib.  Onun fikrincə, belə bir platforma çərçivəsində enerji, rabitə və digər qarşılıqlı maraq doğuran məsələlər də müzakirə oluna bilər.
 
N.Təbrizli

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Siyasət 10:29
Azərbaycan XİN Əlcəzairi Milli Günü münasibətilə təbrik edib
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Siyasət 17:47
Prezidentin görüntülərindən istifadə edilən saxta videolarla bağlı xəbərdarlıq edilib
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Siyasət 16:30
Azərbaycan Feridun Sinirlioğlunun BMT baş katibi postuna namizədliyini alqışlayıb
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Siyasət 12:26
Zakir Həsənov Yaşar Gülərə başsağlığı verib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Siyasət 19:56
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol