• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyev və Paşinyan yenidən görüşə bilər - Ned Prays

İlham Əliyev və Paşinyan yenidən görüşə bilər - Ned Prays
23.02.2023 10:54
Yaxın günlərdə Azərbaycan və ermənistan nümayəndələri arasında danışıqlar gözlənilir. Bunu ABŞ Dövlət Departamentinin spikeri Ned Prays deyib. 
 
O bildirib ki, görüş Brüseldə Şarl Mişelin təşkilatçılı ilə baş tutacaq. 

Prays vurğulayıb ki, son aylarda Bakı və İrəvan sülh sazişi istiqamətində irəliləyiş əldə ediblər, bunu fevralın 18-də Münhendə ABŞ dövlət katibi Entoni Blinken deyib.

Fevralın 18-də Münxendə Azərbaycan Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinken və Ermənistanın baş naziri Nikol Paşinyan ilə birgə görüşü olub. Görüşdən sonra Əliyev jurnalistlərə danışıqların yaxşı keçdiyini açıqlayıb. 

Fevralın 16-da Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, sülh sənədi artıq Azərbaycana göndərilib. 
 
Azərbaycan Xarici İşlər Nazirliyi bəyan edib ki, Bakı danışıqların sürətlə aparılmasının tərəfdarıdır və hər zaman onlara hazırdır, lakin Ermənistan tərəfi sülh sənədi üçün süni maneələr yaradır. 
 
2022-ci ildə Azərbaycan və Ermənistan tərəfləri sülh müqaviləsinin imzalanması və şərtləri ilə bağlı müxtəlif zamanlarda bir araya gəlib.
 
2022-ci il aprelin 6-da Azərbaycan və Ermənistan liderləri Brüsseldə sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı Birgə Sərhəd Komissiya yaradılmasına, o cümlədən sülh sazişi üzərində işləməyə razılaşıblar.
 
Avqustun 30-da Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin Aİ Şurası Prezidentinin vasitəçiliyi ilə təşkil olunan daha baş tutub. Üçtərəfli danışıqlarda sülh sazişi, humanitar, sərhəd və kommunikasiyaya dair məsələlər nəzərdən keçirilib.
 
Daha sonra, Oktyabrın 6-da Praqada Azərbaycan Prezidenti İlham Əliyev, Fransa Prezidenti Emmanuel Makron, Ermənistanın Baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında keçirilmiş görüşdən sonra verilən bəyanatda imzalayıblar. Həmin bəyanata görə, Azərbaycan və Ermənistan BMT-nin nizamnaməsinə və bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıyan 1991-ci il Almatı Bəyannaməsinə sadiqliklərini təsdiq ediblər.
 
Gülnar Nazimqızı 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol