• $
  • €
  • ₽
  • ₺
  • £

Ermənistan Azərbaycanla sərhəddə 3 buraxılış məntəqəsi açır

Ermənistan Azərbaycanla sərhəddə 3 buraxılış məntəqəsi açır
06.07.2023 14:07
Ermənistan öz ərazisi ilə eksterritorial dəhliz açmaq tələbini  heç vaxt qəbul etməyəcək. Bunu Ermənistan  baş naziri Nikol Paşinyan bildirib.  Bu barədə TASS xəbər yayıb. 

"Bir daha deməliyəm ki, Ermənistan heç vaxt dəhlizlə bağlı heç bir yazılı və ya şifahi öhdəlik götürməyib. Ölkələrin suverenliyi və yurisdiksiyasında olan regional kommunikasiyaların bloklanmasına gəlincə, Ermənistan buna hazır olduğunu bəyan edib. Azərbaycanla sərhəddə üç buraxılış məntəqəsinin quraşdırılmasını nəzərdə tutan  fərman var və artıq icradadır.  Bu qərar prosesin təşəbbüskarı olmayan və Ermənistana yol açmaq istəməyən Azərbaycanın destruktiv mövqeyinə görə verilməyib",  -  Paşinyan Nazirlər Kabinetinin iclasında deyib.  

"Məntiq ondan ibarətdir ki, Azərbaycan eyni qərarı verməlidir ki, regional infrastrukturun blokdan çıxarılması üçün hər iki ölkə üçün keçid məntəqələri olsun”, - Paşinyan vurğulayıb.
 
Azərbaycan tərəfi isə Ermənistanı destruktiv mövqedə suçlayır. Belə ki, rəsmi Bakı bildirir ki, 2020-ci ilin noyabronda Rusiya, Ermənistan və Azərbaycan arasında imzalanan üçtərəfli müqavilədə Zənqəzur dəhlizinin açılması  öhdəliyi var. Ermənistan Azərbaycanın əsas ərazisi ilə Naxçıvan MR arasında dəhliz açmalı, əvəzində isə Azərbaycan Qarabağda yaşayan erməni etnik azlığının Ermənistana keçidi üçün yolun açılmasını təmin etməlidir. 
 
Azərbaycan prezidenti İlham Əliyev rəsmi Yerevanın bu öhdəliyi yerinə yetirməməsi ilə bağlı dəfələrlə bəyanat verib. 
 
N.Təbrizli

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol