• $
  • €
  • ₽
  • ₺
  • £

Lui Bononın Cənubi Qafqaza səfəri gözlənilir

Lui Bononın Cənubi Qafqaza səfəri gözlənilir
01.08.2023 15:20
ABŞ Dövlət Departamentinin Qafqaz üzrə danışıqlar üzrə baş müşaviri Lui Bono bu həftə Azərbaycana və Ermənistana regionuna səfər edəcək. Bu barədə ABŞ səfirliyindən bildirilib. 
 
Səfirlikdən qeyd olunub ki, görüşdə sülh istiqamətində danışıqların aparılması gözlənilir. 
 
Politoloq Məhəmməd Əsədullazadə bildirir ki, Lui Bononun Azərbaycana gəlişi hər-hansı bir müsbət irəliləyişə səbəb olmayacaq.
 
"Lui Bononun Azərbaycana səfəri iki dövlət arasında danışıqlar prosesinin davam etdirilməsinə hesablanıb. ABŞ çalışır ki, vasitəçilik missiyasını həyata keçirsin. Amma ABŞ-ın Dövlət Departament sözçüsü ağır kompromislərdən danışır və bu müəyyən ikili standartlardan irəli gəlir. Buna görə də bu məsələdə ABŞ-ın vasitəçiliyi sual altında qala bilər. İlk növbədə Azərbaycan tərəfinin beş təməl prinsipləri qəbul edilirsə, bu istiqamətdə danışıqlar aparılmalıdır. Sülhə yalnız bu konteksdə nail olmaq olar. Görünür o Ermənistanın humanitar yüklə bağlı şousu fonunda regiona səfər edir. Təbii ki, Azərbaycanın da bu istiqamətdə öz gündəliyi var. Prezident İlham Əliyev dəfələrlə ABŞ Dövlət Katibinə telefonla danışarkən, Azərbaycanın konkret mövqeyini, Ermənistanın qeyri-qanuni, subyektiv və sülhə qarşı olduğunu bildirib. Düşünürəm ki, bu görüşdə Xarici İşlər Nazirlərinin yenidən görüşləri təşkil olunsun, digər tərəfdən isə ABŞ ölkə liderlərinin görüşünü təşkil edə bilər. Amma ABŞ-ın baş müşaviri Laçın yolu ilə bağlı Azərbaycana gəlirə, deməli hər-hansı bir müsbət irəliləyiş olmayacaq və buradan da əliboş qayıdacaq”, - o deyib. 
 
Luis Bono bölgəyə sonuncu dəfə may ayında səfər edib. Bakıda və İrəvanda o, Ermənistan-Azərbaycan nizamlanması məsələlərini müzakirə edib. 
 
Bundan əvvəl, Azərbaycan prezidenti də Lui Bono ilə sülh müqaviləsi sənədi üzrə müzakirələr aparıb. 

 
Eltac 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol