• $
  • €
  • ₽
  • ₺
  • £

Viktor Orban Azərbaycana işgüzar səfərə gəlib - YENİLƏNİB

Viktor Orban Azərbaycana işgüzar səfərə gəlib - YENİLƏNİB
23.11.2023 18:14

Macarıstanın Baş naziri Viktor Orban noyabrın 23-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.

Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Baş nazir Viktor Orbanı hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.
 
 17:02

Macarıstanın Baş naziri Viktor Orban SPECA konfransında iştirak etmək üçün Azərbaycana gəlir. Bu barədə Baş nazir Orbanın ofisindən bildirilib.
 
"Baş nazir Viktor Orban İsveçrəyə səfərindən sonra Azərbaycan Prezidentinin dəvəti ilə noyabrn 25 noyabr-də BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üzrə Xüsusi Proqramının (SPECA) konfransında iştirak etmək üçün Bakıya səfərə yola düşüb. Konfransdan əvvəl Baş nazir Orban Azərbaycan Prezidenti ilə ikitərəfli danışıqlar aparacaq”, - məlumatda deyilir.
 
Beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli bildirir ki, Mərkəzi Asiya ölkələrinin Avropaya inteqrasiyası yolundakı əsas ötürücü funksiya rolunu Azərbaycan oynayır.
 
"Macarıstan Baş nazirinin gəlməsi SPECA proqramı çərçivəsindədir bu dənizə çıxışı olmayan ölkələrin iqtisadiyyatlarının Avropaya inteqrasiyası ilə bağlıdır. Mərkəzi Asiya ölkələri üçün xüsusi proqramdır. Mərkəzi Asiya ölkələrinin Avropaya inteqrasiyası yolundakı əsas ötürücü funksiya rolunu Azərbaycan oynayır. İkincisi SPECA məhz o dönəmə təsadüf edir ki, Rusiya ilə Avropa arasında, Qərb arasında müharibə gedir və onların yeni enerji formalarına ehtiyacı var. Bu mənada Qərblə münasibətlər kontekstində önəmlidir. Azərbaycan əlbəttə ki, tranzit daşımaları, iqtisadi zolaqlar, yol nəqliyyat infrastrukturu, müasir dəmiryolu şəbəkələri, geniş avtombil, dəniz yollarıdır – bütün bunların hamısını yaradır. Həm də işğaldan azad olunmuş ərazilərin ivestisiya və inteqrasiya planı da belə regional tədbirlərin müzakirəsində mərkəzi yer tutur”, - o əlavə edib.
 
Ekspert bildirir ki, Macarıstan türk dövlətlərinə inteqrasiyada önəmli rol oynayır.
 
"Macarıstan türk dövlətlərinə inteqrasiyada önəmli rol oynayan bir Avropa ölkəsidir. Bu mənada həm Azəbaycanın yanında olması, həm strateji müttəfiqi olması, həm də ki, Şərq-Qərb zonasında Qərb adına əsas ölkəsi mahiyyəti daşıması önəmlidir. Bakıda keçiriləcək forumda iştirakıda həmin strateji addımlardan irəli gəlir”, - Əlibəyli vurğulayıb.
 
Aygün Mirakif

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Siyasət 12:09
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol