• $
  • €
  • ₽
  • ₺
  • £

Qırğızıstan Prezidenti Azərbaycana dövlət səfəri edəcək

Qırğızıstan Prezidenti Azərbaycana dövlət səfəri edəcək
09.04.2024 12:01
Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfəri edəcək.  Bu barədə "Kabar" agentliyi Qırğızıstanın xarici işlər naziri Cinbek Kulubayev azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə mətbuat konfransına istinadən xəbər verib.

O, səfərin 2024-cü il aprelin 24-25-nə planlaşdırıldığını vurğulayıb.
 
Beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli bildirir ki,  Qırğızıstan Azərbaycanı işğaldan azad olunmuş torpaqlarına investisiya qoyan dövlətlərdən biridir. 
 
" Qırğızıstan Azərbaycanla strateji müttəfiqdir, aralarında müqavilə də imzalanıb. Bu prizmadan qiymətləndirmək lazımdır. İkincisi Azərbaycanın əsas strateji xətti Türk dövlətləri çərçivəsi xəttində Türk Birliyini inşa etməkdir. Təbii ki, Türk Birliyinin Türkiyə ilə birləşdirici xəttində Zəngəzur dəhlizində kommunikasiyalar istiqamətində yeni bir mərhələyə keçə bilmək əsas məsələdir. Bu mənada kifayət qədər yük xüsusilə Qırğısıztanın üzərinə düşür, hansı ki, o mükəmməl yol layihəsi başlandığı Çin ilə sərhəddir. Son günlər baş verənlərin kontekstindən də yanaşmaq lazımdır, hansı ki, Qırğızıstan Prezidentinə azərbaycanlı 5 cinayətkarın, terrorçunun suiqəsd eləmə cəhdi, onların Azərbaycana verilməsi kimi məsələlər. Yəni bizim daxili qaydada ciddi təhlükəsizlik sahəsində əməkdaşlığa yeni imkanlar var. Qırğızıstan Azərbaycanı işğaldan azad olunmuş torpaqlarına investisiya qoyan dövlətlərdən biridir", - o qeyd edib. 
 
Aygün

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol