• $
  • €
  • ₽
  • ₺
  • £

İsrail İrana zərbə endirəcəyi tarixi açıqlayıb

İsrail İrana zərbə endirəcəyi tarixi açıqlayıb
16.10.2024 17:28

İsrail noyabrın 5-dək İrana cavab zərbəsi endirəcək. Bu barədə  CNN İsrail mənbələrinə istinadən məlumat verib.

 

Məlumata görə, cavab planı artıq hazırdır.


Daha əvvəl İran İslam Respublikasının Atom Enerjisi Təşkilatının nümayəndəsi Bəhruz Kamalvəndi Tehranda İranın nüvə sənayesinə hücumun ehtimalının az olduğunu, lakin belə bir hadisə baş versə, ziyanın tez bir zamanda aradan qaldırılacağını bildirib.


"Biz elə plan qurmuşuq ki, əgər belə bir hadisə baş verərsə, ziyan minimal olacaq," – Al-Arabiya telekanalı onun sözlərini sitat gətirir.


O əlavə edib ki, İrana qarşı nüvə sahəsinə edilən hər hansı bir hücum "demək olar ki, inanılmaz" hesab olunur, lakin Tehranda bu cür ssenariyə həmişə ciddi yanaşıblar.

 

Kamalvəndi əlavə edib ki, MAQATE və beynəlxalq ictimaiyyət nüvə obyektlərinə qarşı hər hansı təhdidi və ya hücumu qınamalıdır.

 

Bir az öncə İnqilab Keşikçiləri Korpusunun (SEPAH) silahlanma və inkişaf komissiyasının keçmiş katibi, briqada generalı İbrahim Rostami bildirib ki, .

İranın nüvə silahından daha güclü gizli silahları var.

 

"Bizdə nüvə silahını əhəmiyyətli dərəcədə üstələyən silahlar var", -  general İsrailin İrana zərbə endirmək təhdidləri fonunda İranda nüvəsiz hərbi doktrinanın yenidən nəzərdən keçirilməsi ilə bağlı çağırışları şərh edərkən İran KİV-lərinə bildirib.


 

Aytac Zeynalova


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Dünya 09:15
ABŞ Rusiya və Ukrayna arasında danışıqları noyabrın 10-11-də Əbu-Dabidə keçirəcək
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Dünya 00:06
Əraqçi: İranın ABŞ ilə danışıqlarının gündəliyi 7 günlük plana əsaslanır
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Dünya 23:46
Qətər və Türkiyə XİN rəhbərləri regional vəziyyəti müzakirə ediblər
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Dünya 23:25
Polşada dövlət çevrilişi baş verdiyi iddia olunur
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Dünya 22:30
Türkiyədə yenidən zəlzələ olub - yenilənib
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
Dünya 19:02
Müctəba Xamenei hökumətə ABŞ ilə danışıqlar aparmaq səlahiyyəti verib
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Dünya 18:30
“Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
Tbilisidə güclü yanğın başlayıb
Dünya 16:02
Tbilisidə güclü yanğın başlayıb
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol