• $
  • £

İranın Azərbaycandakı müvəqqəti işlər vəkili XİN-ə çağırılıb

İranın Azərbaycandakı müvəqqəti işlər vəkili XİN-ə çağırılıb
01.01.2025 14:17
İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi Məryan Xarici İşlər Nazirliyinə çağırılıb.Bu barədə XİN məlumat yayıb. 

"Görüş zamanı, 29 dekabr 2024-cü ildə Ərdəbildə İranın Ali rəhbərinin Ərdəbil vilayəti üzrə nümayəndəsi, Ərdəbilin imam cüməsi Seyid Həsən Amelinin iştirak etdiyi və İranın Radio və Televiziya Təşkilatının "Xəbər Şəbəkəsi” kanalında yayımlanan tədbirdə Azərbaycana və dövlət başçımıza qarşı səsləndirilən təhqiramiz ifadələrə görə İran tərəfinə sərt etiraz bildirilib. 

Bununla yanaşı, son zamanlar İranda əhali arasında açıq-aşkar şəkildə anti-Azərbaycan əhval-ruhiyyəsinin ciddi şəkildə qızışdırılması ilə əlaqədar narazılıq diqqətə çatdırılıb.

İranda anti-Azərbaycan propaqandasının ikitərəfli münasibətlərin ruhuna, ölkələrimiz qarşısında qoyulan məqsəd və vəzifələrə uyğun gəlmədiyi qarşı tərəfə bildirilib. Bu kimi hərəkətlərin ikitərəfli dövlətlərarası və insanlararası münasibətlərin qorunub saxlanılması və dərinləşdirilməsi əvəzinə, nifrət və düşmənçilik yaratmaq məqsədi daşıdığı qeyd olunub.Ölkəmizə qarşı bu kimi təxribatlara son qoyulması tələb olunub”, - məlumatda bildirilib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əliyev Azərbaycanın İstanbul və Qarsdakı baş konsullarını geri çağırıb
Siyasət 13:32
Əliyev Azərbaycanın İstanbul və Qarsdakı baş konsullarını geri çağırıb
Azərbaycanda startaplar və vençur mühiti ilə bağlı qanun qüvvəyə minib
Siyasət 13:25
Azərbaycanda startaplar və vençur mühiti ilə bağlı qanun qüvvəyə minib
Sabah Tramp Zelenski ilə görüşəcək
Siyasət 12:19
Sabah Tramp Zelenski ilə görüşəcək
Paraqvay Azərbaycana fəxri konsul təyin edib
Siyasət 10:05
Paraqvay Azərbaycana fəxri konsul təyin edib
Prezident Milix Yevdayevi təltif edib
Siyasət 14:02
Prezident Milix Yevdayevi təltif edib
Zakir Həsənov Pakistana başsağlığı verdi
Siyasət 21:08
Zakir Həsənov Pakistana başsağlığı verdi
Rəşad Aslanov Azərbaycanın Türkiyəyə səfiri təyin edilib
Siyasət 14:06
Rəşad Aslanov Azərbaycanın Türkiyəyə səfiri təyin edilib
Azərbaycanın Türkiyədəki səfiri geri çağrılıb - sərəncam
Siyasət 13:48
Azərbaycanın Türkiyədəki səfiri geri çağrılıb - sərəncam
İlham Əliyev Şavkat Mirziyoyevi doğum günü münasibətilə təbrik edib
Siyasət 11:11
İlham Əliyev Şavkat Mirziyoyevi doğum günü münasibətilə təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol