Əliyev Avropa Siyasi Birliyinin İrəvan sammitinə videobağlantı ilə qatılacaq
Azərbaycan Prezidenti İlham Əliyev bu gün videobağlantı vasitəsilə Avropa Siyasi Birliyi sammitinin İrəvanda keçirilən VIII toplantısına qoşulacaq.
Açılış sessiyasında Ermənistanın Baş naziri Nikol Paşinyan, Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta, Ukrayna Prezidenti Volodimir Zelenski və Kanadanın Baş naziri Mark Karninin də çıxışları planlaşdırılır.
Azərbaycan Prezidenti Avropa Siyasi Birliyinin sammitlərində mütəmadi iştirak edir. O, son olaraq təşkilatın Tirana və Kopenhagendə keçirilmiş toplantılarına qatılıb.
Rəsmi məlumatlara görə, 2028-ci ildə Avropa Siyasi Birliyi sammiti Azərbaycanda keçiriləcək.