• $
  • €
  • ₽
  • ₺
  • £

Əliyev IPU baş katibi ilə görüşdə Azərbaycan-Ermənistan arasında iqtisadi əlaqələrin başladığını bildirib

Əliyev IPU baş katibi ilə görüşdə Azərbaycan-Ermənistan arasında iqtisadi əlaqələrin başladığını bildirib
05.05.2026 14:19

 İlham Əliyev bazar ertəsi Parlamentlərarası İttifaq Baş katibi Martin Chungong ilə görüşündə Azərbaycan və Ermənistan arasında sülh prosesi çərçivəsində artıq iqtisadi-ticari münasibətlərin başladığını və tranzit məhdudiyyətlərinin aradan qaldırıldığını bildirib.


Görüş zamanı Martin Çunqonq Azərbaycanla Ermənistan arasında sülh gündəliyində əldə olunan nailiyyətlər, eləcə də ölkənin ərazi bütövlüyünün və suverenliyinin tam bərpası münasibətilə Prezident İlham Əliyevi təbrik edib. Dövlət başçısı təbriklərə görə minnətdarlığını ifadə edib.


Prezident qeyd edib ki, Vaşinqtonda əldə olunan razılaşmalar fonunda iki ölkə arasında iqtisadi-ticari əlaqələrə start verilib və Azərbaycan birtərəfli qaydada Ermənistana gedən tranzit yüklər üzrə məhdudiyyətləri aradan qaldırıb.


Tərəflər Prezident Əliyevin Avropa Siyasi Birliyinin 8-ci Zirvə toplantısındə videobağlantı vasitəsilə iştirakını münasibətlərin normallaşması istiqamətində mühüm addım kimi qiymətləndiriblər.


Dövlət başçısı Parlamentlərarası İttifaqın Azərbaycan və Ermənistan parlamentləri arasında dialoqun təşviqində, o cümlədən parlament sədrləri səviyyəsində görüşlərin təşkilində rolunu müsbət dəyərləndirib.


Görüşdə, həmçinin, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa işləri və mina təhlükəsinin mülki əhali və yenidənqurma prosesinə təsiri müzakirə olunub.


Tərəflər Azərbaycan ilə Parlamentlərarası İttifaq arasında əməkdaşlığın mövcud vəziyyəti və parlamentlərarası dialoqun inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sahibə Qafarova Qazaxıstana səfər edib
Siyasət 18:48
Sahibə Qafarova Qazaxıstana səfər edib
Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
Siyasət 18:32
Şavkat Mirziyoyev Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
İran Zəngəzur dəhlizi ilə bağlı xəbərdarlıq edib
Siyasət 16:51
İran Zəngəzur dəhlizi ilə bağlı xəbərdarlıq edib
İlham Əliyev brazilyalı həmkarını təbrik edib
Siyasət 15:49
İlham Əliyev brazilyalı həmkarını təbrik edib
Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək
Siyasət 13:12
Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək
Sədr: pensiyaçıların sayı sabit qalsa da, pensiya xərcləri artır
Siyasət 11:49
Sədr: pensiyaçıların sayı sabit qalsa da, pensiya xərcləri artır
İlham Əliyev Sammit iştirakçılarına müraciət ünvanlayıb
Siyasət 10:26
İlham Əliyev Sammit iştirakçılarına müraciət ünvanlayıb
Ərdoğandan İlham Əliyevə və Azərbaycan xalqına səmimi mesaj
Siyasət 22:34
Ərdoğandan İlham Əliyevə və Azərbaycan xalqına səmimi mesaj
ICESCO-nun Baş direktoru İlham Əliyevə təbrik məktubu göndərib
Siyasət 18:55
ICESCO-nun Baş direktoru İlham Əliyevə təbrik məktubu göndərib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol