• $
  • €
  • ₽
  • ₺
  • £

BƏƏ rəsmisi: Enerji təhlükəsizliyi üçün diversifikasiya və dayanıqlılıq əsas şərtdir

BƏƏ rəsmisi: Enerji təhlükəsizliyi üçün diversifikasiya və dayanıqlılıq əsas şərtdir
01.06.2026 15:50

Enerji sistemlərinin dayanıqlılığı və təchizat mənbələrinin şaxələndirilməsi gələcək enerji təhlükəsizliyinin təmin edilməsində həlledici rol oynayır. Bunu Birləşmiş Ərəb Əmirliklərinin Energetika və İnfrastruktur Nazirliyinin Elektrik Enerjisi, Su və Gələcəyin Enerji Sektoru üzrə nazir köməkçisi Ahmed Al Kaabi Bakıda keçirilən enerji forumunda bildirib.


Onun sözlərinə görə, enerji sektorunda əsas məqsəd yalnız mövcud çağırışlara cavab vermək deyil, həm də gələcək risklərə hazır olmaqdır.


Al Kaabi qeyd edib ki, enerji sistemlərinin dayanıqlılığı təkcə təchizatda yaranan fasilələrin aradan qaldırılması ilə məhdudlaşmır. Buraya geosiyasi risklərin idarə olunması, kritik xammal və materialların tədarükünün təmin edilməsi, həmçinin enerji və sənaye məhsulları üçün alternativ təchizat zəncirlərinin qurulması daxildir.


“Xammal və enerji resurslarının yalnız bir mənbədən əldə olunmasına güvənmək olmaz. Kimyəvi məhsulların, qazın və digər strateji resursların təchizatı üçün alternativ modellərin yaradılması vacibdir”, – o deyib.


Nazir köməkçisi beynəlxalq əməkdaşlığın enerji təhlükəsizliyinin gücləndirilməsində mühüm rol oynadığını vurğulayıb. O bildirib ki, son illərdə müxtəlif ölkələr və tərəfdaşlarla qurulan əməkdaşlıq enerji çatışmazlıqlarının aradan qaldırılmasına və elektrik şəbəkələrinin sabitliyinin qorunmasına kömək edib.


Al Kaabi bərpa olunan enerji mənbələrinin inkişafının da enerji sistemlərinin dayanıqlığını artırdığını qeyd edib. Onun sözlərinə görə, yaşıl enerji layihələri elektrik şəbəkələrinin daha çevik və davamlı işləməsinə imkan yaradır.


“Enerji resurslarına çıxış vacibdir. Lakin eyni zamanda ölkələrin coğrafi mövqelərini, logistika marşrutlarını və regional tərəfdaşlıqlarını nəzərə alaraq enerji siyasətini formalaşdırması da böyük əhəmiyyət daşıyır”, –  o əlavə edib.


BƏƏ rəsmisinin fikrincə, enerji keçidi dövründə dayanıqlı infrastrukturun qurulması, təchizat zəncirlərinin şaxələndirilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi qlobal enerji təhlükəsizliyinin əsas sütunları olaraq qalacaq.

Gülnar Nazimqızı

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İran Zəngəzur dəhlizi ilə bağlı xəbərdarlıq edib
Siyasət 16:51
İran Zəngəzur dəhlizi ilə bağlı xəbərdarlıq edib
İlham Əliyev brazilyalı həmkarını təbrik edib
Siyasət 15:49
İlham Əliyev brazilyalı həmkarını təbrik edib
Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək
Siyasət 13:12
Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək
Sədr: pensiyaçıların sayı sabit qalsa da, pensiya xərcləri artır
Siyasət 11:49
Sədr: pensiyaçıların sayı sabit qalsa da, pensiya xərcləri artır
İlham Əliyev Sammit iştirakçılarına müraciət ünvanlayıb
Siyasət 10:26
İlham Əliyev Sammit iştirakçılarına müraciət ünvanlayıb
Ərdoğandan İlham Əliyevə və Azərbaycan xalqına səmimi mesaj
Siyasət 22:34
Ərdoğandan İlham Əliyevə və Azərbaycan xalqına səmimi mesaj
ICESCO-nun Baş direktoru İlham Əliyevə təbrik məktubu göndərib
Siyasət 18:55
ICESCO-nun Baş direktoru İlham Əliyevə təbrik məktubu göndərib
Əli Əsədov Rusiya, Belarus, Özbəkista və Qırğızıstanın rəsmiləri ilə görüşüb
Siyasət 17:06
Əli Əsədov Rusiya, Belarus, Özbəkista və Qırğızıstanın rəsmiləri ilə görüşüb
Pakistan Prezidenti Zəfər Günü münasibətilə İlham Əliyevə təbrik məktubu ünvanlayıb
Siyasət 16:14
Pakistan Prezidenti Zəfər Günü münasibətilə İlham Əliyevə təbrik məktubu ünvanlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol