• $
  • €
  • ₽
  • ₺
  • £

Qazaxıstan bərpa olunan enerjinin payını 2030-cu ilədək 15%-ə çatdırmağı planlaşdırır

Qazaxıstan bərpa olunan enerjinin payını 2030-cu ilədək 15%-ə çatdırmağı planlaşdırır
01.06.2026 17:18

Qazaxıstan bərpa olunan enerji mənbələrinin ölkənin enerji balansındakı payını 2030-cu ilədək 15%-ə, 2050-ci ilədək isə 50%-ə çatdırmağı planlaşdırır. Bunu Qazaxıstanın energetika naziri Yerlan Akkenjenov bildirib.

Nazir beynəlxalq enerji forumunda çıxışı zamanı deyib ki, Qazaxıstan Paris Sazişi çərçivəsində 2060-cı ilədək karbon neytrallığına nail olmağı qarşıya məqsəd qoyub.

Onun sözlərinə görə, 2025-ci ilin sonuna Qazaxıstanda bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalı 8,6 milyard kilovat-saat təşkil edib ki, bu da ümumi istehsalın 7%-nə bərabərdir.

Akkenjenov bildirib ki, ölkədə ümumi quraşdırılmış gücü 3,7 giqavat olan 169 bərpa olunan enerji obyekti fəaliyyət göstərir.

Nazirin sözlərinə görə, 2050-ci ilədək qarşıya qoyulan hədəflərə çatmaq üçün Qazaxıstan hər il hərraclar keçirməyi və strateji investorlarla iri miqyaslı layihələr həyata keçirməyi planlaşdırır.

O qeyd edib ki, enerji keçidi və alternativ enerji mənbələrinin inkişafı fonunda IRENA qlobal səviyyədə mühüm rol oynayır.

Akkenjenov bildirib ki, Qazaxıstan Mərkəzi Asiyada bərpa olunan enerji sahəsində əməkdaşlığı gücləndirməyə yönəlmiş APRECA təşəbbüsünü maraqla qarşılayır.

Onun sözlərinə görə, bu platforma IRENA və Mərkəzi Asiya ölkələri ilə daha sıx koordinasiya və təcrübə mübadiləsi üçün imkan yarada bilər.

Nazir qeyd edib ki, Qazaxıstan üçün əsas prioritetlərdən biri enerji saxlama sistemlərinin inkişafıdır.

“Bərpa olunan enerji mənbələrinin enerji sisteminə dayanıqlı inteqrasiyası üçün təchizatın çevikliyini və etibarlılığını təmin edən texnoloji həllər lazımdır”, - Akkenjenov bildirib.

O əlavə edib ki, milli enerji infrastrukturunun modernləşdirilməsi, şəbəkə gücünün artırılması, intellektual idarəetmə sistemlərinin tətbiqi və interkonnektorların inkişafı da Qazaxıstan üçün mühüm istiqamətlərdir.

Nazirin sözlərinə görə, bu addımlar gələcəkdə qonşu ölkələrlə elektrik enerjisi ticarəti imkanlarını da genişləndirəcək.

Gülnar Nazimqızı

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İran Zəngəzur dəhlizi ilə bağlı xəbərdarlıq edib
Siyasət 16:51
İran Zəngəzur dəhlizi ilə bağlı xəbərdarlıq edib
İlham Əliyev brazilyalı həmkarını təbrik edib
Siyasət 15:49
İlham Əliyev brazilyalı həmkarını təbrik edib
Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək
Siyasət 13:12
Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək
Sədr: pensiyaçıların sayı sabit qalsa da, pensiya xərcləri artır
Siyasət 11:49
Sədr: pensiyaçıların sayı sabit qalsa da, pensiya xərcləri artır
İlham Əliyev Sammit iştirakçılarına müraciət ünvanlayıb
Siyasət 10:26
İlham Əliyev Sammit iştirakçılarına müraciət ünvanlayıb
Ərdoğandan İlham Əliyevə və Azərbaycan xalqına səmimi mesaj
Siyasət 22:34
Ərdoğandan İlham Əliyevə və Azərbaycan xalqına səmimi mesaj
ICESCO-nun Baş direktoru İlham Əliyevə təbrik məktubu göndərib
Siyasət 18:55
ICESCO-nun Baş direktoru İlham Əliyevə təbrik məktubu göndərib
Əli Əsədov Rusiya, Belarus, Özbəkista və Qırğızıstanın rəsmiləri ilə görüşüb
Siyasət 17:06
Əli Əsədov Rusiya, Belarus, Özbəkista və Qırğızıstanın rəsmiləri ilə görüşüb
Pakistan Prezidenti Zəfər Günü münasibətilə İlham Əliyevə təbrik məktubu ünvanlayıb
Siyasət 16:14
Pakistan Prezidenti Zəfər Günü münasibətilə İlham Əliyevə təbrik məktubu ünvanlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol