• $
  • €
  • ₽
  • ₺
  • £

Özbəkistan 2030-cu ilədək bərpa olunan enerjinin payını 54%-ə çatdırmağı hədəfləyir

Özbəkistan 2030-cu ilədək bərpa olunan enerjinin payını 54%-ə çatdırmağı hədəfləyir
01.06.2026 17:30

Özbəkistan 2030-cu ilədək 20 giqavat bərpa olunan enerji gücü yaratmağı və elektrik enerjisi istehsalında bərpa olunan mənbələrin payını 54%-ə çatdırmağı planlaşdırır. Bunu ölkənin energetika naziri Bakı Enerji Həftəsi çərçivəsində keçirilən forumda bildirib.

Nazirin sözlərinə görə, son illərdə Özbəkistanın enerji sektoruna 35 milyard dollardan çox investisiya cəlb olunub, 15 giqavatdan artıq yeni generasiya gücü istifadəyə verilib və illik elektrik enerjisi istehsalı 60 milyard kilovat-saatdan 85 milyard kilovat-saata yüksəlib.

O qeyd edib ki, süni intellekt, rəqəmsal infrastruktur və məlumat mərkəzlərinin sürətli inkişafı elektrik enerjisinə tələbatı əhəmiyyətli dərəcədə artırır və bu, Mərkəzi Asiya üçün yeni imkanlar yaradır.

Nazir bildirib ki, Özbəkistan COP29 zamanı Bakıda təqdim edilən və regionda bərpa olunan enerji sahəsində əməkdaşlığı gücləndirməyi hədəfləyən UPRECA təşəbbüsünü tam dəstəkləyir.

Onun sözlərinə görə, Azərbaycanla əməkdaşlıq çərçivəsində Yaşıl Enerji Dəhlizi layihəsi həyata keçirilir və bu layihə Mərkəzi Asiyadan Avropaya təmiz elektrik enerjisinin ixracı üçün yeni marşrut yaradacaq.

Nazir əlavə edib ki, Özbəkistan Türkiyə, Qazaxıstan, Qırğızıstan və Tacikistanla enerji sahəsində əməkdaşlığı genişləndirir, elektrik enerjisi ticarəti və regional enerji sistemlərinin inteqrasiyası istiqamətində birgə layihələr həyata keçirir.

Onun sözlərinə görə, enerji keçidinin növbəti mərhələsi ötürücü şəbəkələrə, enerji saxlama sistemlərinə, rəqəmsal texnologiyalara və sərhədlərarası enerji bağlantılarına iri həcmli investisiyalar tələb edir.

Gülnar Nazimqızı

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İran Zəngəzur dəhlizi ilə bağlı xəbərdarlıq edib
Siyasət 16:51
İran Zəngəzur dəhlizi ilə bağlı xəbərdarlıq edib
İlham Əliyev brazilyalı həmkarını təbrik edib
Siyasət 15:49
İlham Əliyev brazilyalı həmkarını təbrik edib
Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək
Siyasət 13:12
Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək
Sədr: pensiyaçıların sayı sabit qalsa da, pensiya xərcləri artır
Siyasət 11:49
Sədr: pensiyaçıların sayı sabit qalsa da, pensiya xərcləri artır
İlham Əliyev Sammit iştirakçılarına müraciət ünvanlayıb
Siyasət 10:26
İlham Əliyev Sammit iştirakçılarına müraciət ünvanlayıb
Ərdoğandan İlham Əliyevə və Azərbaycan xalqına səmimi mesaj
Siyasət 22:34
Ərdoğandan İlham Əliyevə və Azərbaycan xalqına səmimi mesaj
ICESCO-nun Baş direktoru İlham Əliyevə təbrik məktubu göndərib
Siyasət 18:55
ICESCO-nun Baş direktoru İlham Əliyevə təbrik məktubu göndərib
Əli Əsədov Rusiya, Belarus, Özbəkista və Qırğızıstanın rəsmiləri ilə görüşüb
Siyasət 17:06
Əli Əsədov Rusiya, Belarus, Özbəkista və Qırğızıstanın rəsmiləri ilə görüşüb
Pakistan Prezidenti Zəfər Günü münasibətilə İlham Əliyevə təbrik məktubu ünvanlayıb
Siyasət 16:14
Pakistan Prezidenti Zəfər Günü münasibətilə İlham Əliyevə təbrik məktubu ünvanlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol