• $
  • €
  • ₽
  • ₺
  • £

D8 ölkələri ilə enerji əməkdaşlığı Azərbaycanın yeni bazarlara çıxışını genişləndirir

D8 ölkələri ilə enerji əməkdaşlığı Azərbaycanın yeni bazarlara çıxışını genişləndirir
01.06.2026 17:49

Azərbaycan D8 platforması çərçivəsində enerji əməkdaşlığını genişləndirərək Avropa ilə yanaşı Asiya, Yaxın Şərq və Afrika ölkələri ilə tərəfdaşlığını gücləndirməyi hədəfləyir. Bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov bildirib.

Nazirin sözlərinə görə, Azərbaycan artıq Cənubi Qafqaz, Mərkəzi Asiya, Türkiyə və Avropa arasında yaşıl enerji dəhlizlərinin yaradılması vasitəsilə regional enerji qovşağı rolunu genişləndirir.

Şahbazov qeyd edib ki, Avropanın yaşıl keçidinin sürətlənməsi, gələcək qaz tələbatı ilə bağlı qeyri-müəyyənliklər və qlobal enerji bazarlarında artan rəqabət Azərbaycanın enerji diplomatiyasını daha geniş coğrafiyada fəallaşdırmasını zəruri edir.

Nazir bildirib ki, ötən il imzalanmış memorandumdan sonra LNG və neft məhsullarının tədarükü sahəsində əməkdaşlıq yeni mərhələyə daxil olub.

Onun sözlərinə görə, Misirlə enerji əməkdaşlığı son illərdə əhəmiyyətli dərəcədə genişlənib. SOCAR Trading ilə Misirin EGPC şirkəti arasında imzalanmış üçillik LNG müqaviləsi çərçivəsində ölkəyə 1,3 milyon tondan çox mayeləşdirilmiş təbii qaz tədarük edilib.

Şahbazov əlavə edib ki, Azərbaycan və İran arasında elektrik enerjisi mübadiləsi, qaz əməliyyatları və regional enerji bağlantıları üzrə geniş əməkdaşlıq imkanları mövcuddur.

Nazirin sözlərinə görə, ümumi gücü 280 meqavat olan Xudafərin və Qız Qalası su elektrik stansiyalarının tikintisi davam edir, Ordubad Su Elektrik Stansiyası layihəsi isə gündəmdə qalır.

O qeyd edib ki, hazırda Azərbaycan və İran arasında 500 meqavat ötürmə gücünə malik elektrik xətləri vasitəsilə əməkdaşlıq həyata keçirilir. Bundan əlavə, gücü 1 000 meqavat olacaq Şərqi Zəngəzur–Naxçıvan enerji bağlantısının yaradılması müzakirə olunur.

Şahbazov bildirib ki, SOCAR ilə İndoneziyanın Pertamina şirkəti arasında əməkdaşlıq genişlənir və 2022–2025-ci illərdə İndoneziyaya təxminən 2,5 milyon ton Azərbaycan nefti tədarük olunub.

Nazir Banqladeşlə LNG və enerji infrastrukturu sahəsində əməkdaşlıq perspektivlərinin yüksək olduğunu, SOCAR ilə PetroBangla arasında LNG tədarükü üzrə danışıqların yekunlaşdığını deyib.

Onun sözlərinə görə, Malayziya və Nigeriya ilə əməkdaşlıq da enerji bazarlarında koordinasiyanın gücləndirilməsi və yeni investisiya imkanlarının yaradılması baxımından əhəmiyyətlidir.

Şahbazov bildirib ki, üç qitəni əhatə edən D8 platforması enerji təhlükəsizliyi, enerji keçidi və enerji bağlantıları sahəsində əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır.

Nazirin sözlərinə görə, Bakı Enerji Əməkdaşlığı Bəyannaməsi təmiz enerji, enerji bağlantıları, karbohidrogenlərin səmərəli idarə olunması, investisiya mühitinin yaxşılaşdırılması və texnoloji inkişaf kimi prioritet istiqamətləri müəyyən edir.

O əlavə edib ki, D8 Enerji və İqlim Mərkəzinin yaradılması əməkdaşlığın praktiki həyata keçirilməsi üçün mühüm institusional addım olacaq.

N.Təbrizli

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İran Zəngəzur dəhlizi ilə bağlı xəbərdarlıq edib
Siyasət 16:51
İran Zəngəzur dəhlizi ilə bağlı xəbərdarlıq edib
İlham Əliyev brazilyalı həmkarını təbrik edib
Siyasət 15:49
İlham Əliyev brazilyalı həmkarını təbrik edib
Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək
Siyasət 13:12
Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edəcək
Sədr: pensiyaçıların sayı sabit qalsa da, pensiya xərcləri artır
Siyasət 11:49
Sədr: pensiyaçıların sayı sabit qalsa da, pensiya xərcləri artır
İlham Əliyev Sammit iştirakçılarına müraciət ünvanlayıb
Siyasət 10:26
İlham Əliyev Sammit iştirakçılarına müraciət ünvanlayıb
Ərdoğandan İlham Əliyevə və Azərbaycan xalqına səmimi mesaj
Siyasət 22:34
Ərdoğandan İlham Əliyevə və Azərbaycan xalqına səmimi mesaj
ICESCO-nun Baş direktoru İlham Əliyevə təbrik məktubu göndərib
Siyasət 18:55
ICESCO-nun Baş direktoru İlham Əliyevə təbrik məktubu göndərib
Əli Əsədov Rusiya, Belarus, Özbəkista və Qırğızıstanın rəsmiləri ilə görüşüb
Siyasət 17:06
Əli Əsədov Rusiya, Belarus, Özbəkista və Qırğızıstanın rəsmiləri ilə görüşüb
Pakistan Prezidenti Zəfər Günü münasibətilə İlham Əliyevə təbrik məktubu ünvanlayıb
Siyasət 16:14
Pakistan Prezidenti Zəfər Günü münasibətilə İlham Əliyevə təbrik məktubu ünvanlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol