• $
  • €
  • ₽
  • ₺
  • £

Sahibə Qafarova Xameneinin vida mərasimində iştirak edib

Sahibə Qafarova Xameneinin vida mərasimində iştirak edib
03.07.2026 19:43

Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti iyulun 3-də Tehranda İranın sabiq Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin vida mərasimində iştirak edib. Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Məlumata görə, nümayəndə heyətini Tehranın Mehrabad Beynəlxalq Hava Limanında İran İslam Şurası Məclisi sədrinin müavini Əli Nikzad, Azərbaycanın İrandakı səfiri Əli Əlizadə və protokol əməkdaşları qarşılayıblar.

Azərbaycan nümayəndə heyəti daha sonra Tehranın Mosallah kompleksində keçirilən vida mərasiminə qatılıb.

Mərasim çərçivəsində Sahibə Qafarova İran Prezidenti Məsud Pezeşkian, İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqer Qalibaf və digər rəsmilərlə görüşərək Azərbaycan Prezidenti İlham Əliyevin adından başsağlığı verib, Azərbaycan xalqının hüzn və ehtiramını İran xalqına çatdırıb.

Nümayəndə heyətinin tərkibinə Baş nazirin müavini Şahin Mustafayev, Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov, xarici işlər nazirinin müavini Samir Şərifov, Naxçıvan Muxtar Respublikasının Baş naziri Cabbar Musayev və digər rəsmilər daxildir.

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Siyasət 22:02
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol