• $
  • €
  • ₽
  • ₺
  • £

Prezident Esvatini Kralını təbrik edib

Prezident Esvatini Kralını təbrik edib
06.09.2026 11:40

Azərbaycan Prezidenti İlham Əliyev Esvatini Krallığının Kralı III Msvatini ölkənin Milli Günü – Müstəqillik Günü münasibətilə təbrik edib.

Dövlət başçısı təbrik məktubunda Azərbaycan ilə Esvatini arasında münasibətlərin inkişafı üçün əlverişli şəraitin formalaşdığını bildirib.

İlham Əliyev III Msvatinin cari ilin mayında BMT-nin Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 13-cü Sessiyasında iştirak etmək üçün Azərbaycana səfərini ölkələr arasında əlaqələrin tarixində xüsusi hadisə kimi qiymətləndirib.

Prezident görüş zamanı aparılan fikir mübadiləsini xoş təəssüratlarla xatırladığını qeyd edib.

“İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq ölkələrimiz arasında dostluq münasibətlərini möhkəmləndirmək, əməkdaşlığımızın potensialından tam bəhrələnmək üçün bundan sonra da birgə səylər göstərəcəyik”, – təbrikdə deyilir.

İlham Əliyev III Msvatini möhkəm cansağlığı və fəaliyyətində uğurlar, Esvatini xalqına isə əmin-amanlıq və rifah arzulayıb.

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezidentin İrlandiyaya işgüzar səfəri başa çatıb
Siyasət 18:22
Prezidentin İrlandiyaya işgüzar səfəri başa çatıb
Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclası Azərbaycanda keçiriləcək
Siyasət 14:29
Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclası Azərbaycanda keçiriləcək
XİN: Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb
Siyasət 14:08
XİN: Azərbaycan Avropa Siyasi Birliyinin qəbul etdiyi üç sənədə qoşulmayıb
Gələn il Qarabağ Universitetində Mühəndislik fakültəsinin binası açılacaq
Siyasət 12:12
Gələn il Qarabağ Universitetində Mühəndislik fakültəsinin binası açılacaq
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb
Siyasət 23:09
Azərbaycan və Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında birgə bəyannamə imzalanıb
İlham Əliyev və Kiriakos Miçotakis Azərbaycanın Avropaya qaz ixracını müzakirə ediblər
Siyasət 21:58
İlham Əliyev və Kiriakos Miçotakis Azərbaycanın Avropaya qaz ixracını müzakirə ediblər
İlham Əliyev Dublində Ermənistanın Baş naziri ilə görüşüb
Siyasət 21:01
İlham Əliyev Dublində Ermənistanın Baş naziri ilə görüşüb
Prezidentin Endi Börnhemlə görüşü gözlənilir
Siyasət 20:45
Prezidentin Endi Börnhemlə görüşü gözlənilir
Prezidentin sosial media hesablarında "Avropa Siyasi Birliyi"nin Sammiti çərçivəsində dəyirmi masada iştirakına dair video paylaşılıb
Siyasət 19:56
Prezidentin sosial media hesablarında "Avropa Siyasi Birliyi"nin Sammiti çərçivəsində dəyirmi masada iştirakına dair video paylaşılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol