• $
  • €
  • ₽
  • ₺
  • £

BMT-nin xüsusi məruzəçisi döyülən qadınlara görə Bakıya gəlir

BMT-nin xüsusi məruzəçisi döyülən qadınlara görə Bakıya gəlir
29.05.2020 11:41
 “Qadınlara qarşı zorakılıq bütün dünyada insan hüquqlarının ən çox yayılmış pozulması hallarından biridir və bu qadınların əsas hüquq və azadlıqlarından tam şəkildə yararlanmasına ciddi maneçilik törədir”.Bunu BMT-nin Xüsusi Məruzəçisi Raşida Mancu  deyib. BMT-nin Azərbaycandakı nümayəndəliyindən APA-ya verilən məlumata görə, 25 noyabr – 5 dekabr tarixlərində Azərbaycana səfər edəcək Raşida Mancu ölkədə qadınlara qarşı zorakılıq məsələsini tədqiq edəcəyini, səfər müddətində vəziyyətin qiymətləndirilməsi məqsədilə zorakılığa qarşı mübarizədə iştirak edən milli maraqlı tərəflərlə görüşlər keçirəcəyini açıqlayıb. Məlumata görə, bu, BMT İnsan Hüquqları Şurası tərəfindən təyin edilmiş müstəqil ekspertin qadınlara qarşı zorakılıq hallarını müşahidə etməklə hesabat vermək məqsədilə Azərbaycana etdiyi birinci səfəridir. On gün davam edəcək səfər müddətində R. Mancu Bakı, Xaçmaz, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərində Hökumət nümayəndələri ilə görüşəcək. O, həmçinin vətəndaş cəmiyyəti və xidmət təminatçılarının təmsilçiləri ilə də bir araya gələcək. Məruzəçi deyib ki, xüsusilə, gender əsaslı zorakılığın ayrı-ayrı qurbanları ilə üzbəüz görüşmək üçün sığınacaqlara və qadın həbsxanasına baş çəkəcək. R. Mancu İnsan Hüquqları Şurasının qarşıdan gələn sessiyasına missiya zamanı əldə ediləcək məlumatlar əsasında yekun nəticələr və tövsiyələrdən ibarət hesabat təqdim edəcək. Qeyd edək ki, R. Mansu (Cənubi Afrika) 2009-cu ilin iyun ayında BMT-nin İnsan Hüquqları Şurası tərəfindən qadınlara qarşı zorakılıq, onun səbəb və nəticələri üzrə Xüsusi Məruzəçi təyin edilib. ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
Siyasət 19:32
Paşinyan: Azərbaycanla sülh Cənubi Qafqazda yeni logistika imkanları yaradacaq
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Siyasət 17:40
İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik edib
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Siyasət 12:26
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
Siyasət 11:36
Tramp ara seçkilərin nəticələrini Ağ Evdən izləyəcək
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Siyasət 11:32
İlham Əliyev Panama Prezidentinə təbrik ünvanlayıb
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Siyasət 11:29
Prezident Keniyanın Azərbaycana yeni təyin olunmuş səfirini qəbul edib
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Siyasət 11:19
Bayramov: Azad ərazilərdə kütləvi məskunlaşma başlayacaq
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Siyasət 14:45
Paşinyan: TRIPP layihəsində işlər başlayır
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Siyasət 13:52
Ərdoğan Zəfər Günü münasibətilə Əliyevi və Azərbaycan xalqını təbrik edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol