"Bu sərgilər Azərbaycanın artan enerji potensialını dünyaya nümayiş etdirir"

"1994-cü ildə ilk belə sərginin keçirilməsi çox mühüm idi, o ildən sonra Azərbaycan inkişaf etməyə başladı. Azərbaycan 1992-1993-cü ildə böhranla üzləşmişdi, neft sənayesində böhran vardı. 1994-cü ildə birinci sərgi Azərbaycanı dünyaya tanıtdı".
"APA-Economics"in məlumatına görə, bunu bu gün Bakıda keçirilən 22-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin ("Caspian Oil and Gas 2015”) rəsmi açılış mərasimində çıxış edən Azərbaycan prezidenti İlham Əliyev deyib.
Dövlət başçısı deyib ki, bu sərgilər Azərbaycanın artan enerji potensialını dünyaya nümayiş etdirir: "Sərgidə 300 şirkət iştirak edir. Ötən müddətdə sərgiyə maraq azalmayıb. 1994-cü ildə birinci Xəzər Neft və Qaz Sərgisindən sonra Azərbaycanın neft strategiyası yaradılıb. 1994-cü ildə ilk neft müqaviləsi imzalanıb. O müqavilə imzalanmasaydı, Azərbaycanın inkişafını təsəvvür etmək çox çətin olardı. Baxmayaraq ki, Azərbaycan o dövrdə riski ölkə sayılırdı, ancaq həm investorların, həm də Azərbaycanın maraqları üst-üstə düşürdü. Bu, Azərbaycanın inkişafını təmin etdi”.
www.ann.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 16:28
Kapital Bank beynəlxalq maliyyə bazarına çıxışını genişləndirir: “Mashreq Bank”la 105 milyon dollarlıq saziş imzalandı

İqtisadiyyat 12:21
“Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na müraciət üçün son günlərdir – 20 tələbə 200 AZN təqaüd alacaq
Son xəbərlər 
Daha çox 