Prezident: “Bu gün turizmin inkişafı prioritetlər sırasındadır”

21:35 | 21.09.2016
Prezident: “Bu gün turizmin inkişafı prioritetlər sırasındadır”

Prezident: “Bu gün turizmin inkişafı prioritetlər sırasındadır”

"Mingəçevirin inkişafı daim diqqət mərkəzindədir. Son illər ərzində şəhərdə gedən quruculuq-abadlıq işləri hamımızı sevindirir. Bu, mənim Mingəçevirə altıncı səfərimdir. Əvvəlki illərdə bir çox işlər görülüb. Mingəçevirin infrastrukturu ilə bağlı önəmli layihələr icra edilib. İndi Bakı-Mingəçevir avtomobil yolu ən yüksək standartlara cavab verir, çox gözəl, hamar yoldur. Mingəçevirdə digər yol layihələri də icra edilib”.
 
APA-nın məlumatına görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Mingəçevir Sənaye Parkının təməlqoyma mərasimində çıxış edərkən deyib.
 
Dövlət başçısı qeyd edib ki, Mingəçevirin gözəl turizm potensialı var: "Artıq burada bir neçə otel fəaliyyətə başlayır. Hesab edirəm ki, həm şəhər rəhbərliyi və ümumiyyətlə bizim turizmlə bağlı olan qurumlar Mingəçevirə daha çox turist cəlb etməlidir. Çünki bu gün turizmin inkişafı prioritetlər sırasındadır. Vizalarla bağlı dəyişikliklər bu il turizmin inkişafına çox böyük təkan verdi. Xarici turistlər də Mingəçeviri tanımalıdır. Çünki Mingəçevirin gözəl təbiəti, təmiz havası var. Kür çayının ən gözəl və təmiz hissəsi də bax Mingəçevirdədir. Gəncə və Qəbələ Beynəlxalq aeroportları da yaxınlıqdadır. İndi Bakıdan buraya gəlmək üçün gözəl imkanlar var. Ona görə, gələcəkdə burada turizm potensialı inkişaf etməlidir”.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb