“Prezident mənim üstümdən xətt çəkməz” – Yalçın Rzazadə

15:38 | 21.05.2014
“Prezident mənim üstümdən xətt çəkməz” – Yalçın Rzazadə

“Prezident mənim üstümdən xətt çəkməz” – Yalçın Rzazadə

Builki Prezident mükafatından kənarda saxlanılan daha bir incəsənət xadimi etiraz səsini qaldırıb. Xalq artisti Yalçın Rzazadə AzNews.az-a açıqlamasında mükafat siyahısına salınmamasını ədalətsizlik adlandırıb:“Mənə qarşı çox böyük ədalətsizlik olub. İlin axırına kimi gözləyəcəm, görək nə olur. Onsuz gözləməkdən başqa çarəm yoxdur. Mənə qarşı belə hərəkətlər yolverilməsdir. Çünki sənətə zövqü, yeni mahnıları mən gətirdim. Səhər mənim səsimlə - “Bakı sabahın xeyir”lə açılır. Konofilmlərdə səslənən mahnılarım şedevr sayılır. Yaradıcılığımı bütün nəsil oxuyur, kliplər çəkdirirlər. Azərbaycanın bütün dahiləri mənim üçün mahnılar, şairləri də şeirlər yazıb. “Dan ulduzu”, simfonik və estrada ansambılları ilə işbirliyim olub. Bu ölkədə mənim qədər böyük zəhməti çəkən ikinci bir sənətkar varmı? Varsa deyin, əməliyyat olundum, yenə də işləyirəm, bütün dövlət tədbirlərinin başındayam. Amma buna baxmayaraq, yenə də adım prezidentin imzaladığı sərəncamda yoxdur”.Y.Rzazadənin fikrincə, Prezident mükafatından kənarda qalması Mədəniyyət və Truzim Nazirliyinin günahı ucbatından baş verib: “Gərək təqdimat olunsun. Təqdimat verilsə, göz qarşısında olar. Mən bilirəm ki, prezidentin mənə hörməti var. Bu il 3 dövlət kosertində oldum. Məsələn, “Dan ulduzu”nun konsertində çox müğənnilər vardı. Amma mənim ifamdan sonra tamaşaçılar ayaq üstə durdu. Bunu mən heç bir müğənnidə görmədim. Fərhad Bədəlbəyli kimi sənətkar əlini göyə qaldırıb “bravo” deyə qışqırırdı. Bu boyda sənətkarı niyə kənara atırlar? Mənim adım cənab Prezidentə təqdim olunsa, o heç zaman adımın üstündən xətt çəkməz. Mən buna əminəm”. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM