Prezidentin qızının villasında axtarış

15:54 | 05.12.2013
Prezidentin qızının villasında axtarış

Prezidentin qızının villasında axtarış

Bir qrup polis tərəfindən aparılan reydin bir neçə gün davam etdiyi deyilir İsveçrə prokurorluğu Özbəkistan prezidentinin qızı Gülnarə Kərimovanın Cenevrədə yerləşən villasında axtarış həyata keçirib. “Qafqazinfo” Özbəkistan KİV-nə istinadən xəbər verir ki, axtarış avqustun sonlarında aparılıb. İsveçrə prokurorluğunun sorğusuna əsasən bir qrup polis tərəfindən aparılan reydin bir neçə gün davam etdiyi deyilir. Prokurorluğun mətbuat xidməti də faktı təsdiqləyərək axtarışların korrupsiya və çirkli pulların yuyulmasında ittiham olunan dörd Özbəkistan vətəndaşına qarşı hələ 2012-ci ilin iyulunda açılan işlə bağlı aparıldığını bildirib. Lakin mətbuat katibi Gülnarə Kərimovanın evində aparılan axtarışın onun da şübhəli şəxs ola bilməsi ilə bağlı sualı cavablandırmayıb, Özbəkistan vətəndaşları ilə bağlı başlanan araşdırmanın uğurla başa çatması üçün istintaqın gizli aparılmasının vacibliyini qeyd edib. Mətbuatda gedən məlumatlarda həmin villanın 18,2 milyon İsveçrə frankı olduğu deyilir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb