"Putin Azərbaycanın neft arteriyasını ələ keçirəcək" - İDDİA

10:06 | 25.12.2014

"Putin Azərbaycanın neft arteriyasını ələ keçirəcək" - İDDİA

"Azərbaycanın bütün neft arteriyaları tezliklə Rusiyanın nəzarəti altına keçəcək".

Virtualaz.org saytı xəbər verir ki, bu sensasion iddia-proqnozla Rusiya prezidenti Vladimir Putinin iqtisadi məsələlər üzrə keçmiş müşaviri, hazırda Putinə qarşı ən qatı və barışmaz müxalifətçilərdən biri olan Andrey İllarionov çıxış edib.

A.İllarionov oilru.com saytına açıqlamasında fikirlərini belə əsaslandırıb: "Avar-Kaxetiya yolu hazırda sabit templə tikilməkdə davam edir. Dağ aşırımları quruyanda bu yol hərbi texnikanı Gürcüstana yeritmək üçün əsas marşrut istiqamətlərindən biri olacaq. Ermənistana quru yolu olsun deyə Gürcüstanın şərq hissəsi faktiki olaraq işğal edilib. Rusiyaya Ermənistana dəhliz lazımdır ki, Azərbaycana Dağlıq Qarabağ vasitəsilə təzyiq göstərə bilsin. Bu planlar həyata keçəndən sonra Bakının bütün neft arteriyaları Rusiyanın əlinə keçəcək”.

Putinin keçmiş müşavirinin sözlərinə görə, təcavüzün digər istiqaməti Baltikyanı ölkələri hədəf ala bilər. Rusiya hərbi təyyarələrinin Baltikyanı ölkələr üzərindəki müntəzəm uçuşları NATO-ya bu alyansın nə qədər gücsüz olmasını başa salmalıdır.

"Əslinə qalsa NATO bu gün dünyada baş verən hadisələrə cüzi təsir imkanına malik parçalanmış bir təşkilatdır” - deyə A.İllarionov fikrini tamamlayıb.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb