Qadağalara məhəl qoyan varmı?

18:25 | 29.05.2015
Qadağalara məhəl qoyan varmı?

Qadağalara məhəl qoyan varmı?

29 maydan etibarən, Avropa oyunları üçün nəzərdə tutulanlardan başqa, digər bütün nəqliyyat vasitələrinə "Avropa oyunları zolağı"nda hərəkət etmək qadağan edilib. Qaydanı pozanların inzibati qaydalar məcəlləsinin 151.1 maddəsinə əsasən 40 manat miqdarında cərimə edilməsi nəzərdə tutulur. 

Bu barədə ANN.Az-a Nəqliyyatın İntellektual İdarətetmə Mərkəzindən Şəfa Mehmanqızı məlumat verib. Onun sözlərinə görə, yol polisinin nəzarət etmədiyi yerlərdə "Avropa oyunları zolağı"nı pozan sürücülər cərimələnəcək. 

Bundan başqa, I Avropa Oyunlarının Əməliyyat komitəsinin nəqliyyat məsələləri üzrə koordinatoru Afaq Hüseynli bildirib ki, Oyunlara bilet alan sürücülər Qış bulvarında güzəştli parkinqdən yararlana biləcəklər. 

"Oyunlara kağız və ya elektron bilət alan şəxs şəxsiyyət vəsiqəsini təqdim etməklə, avtomobilini 24 saat ərzində 1 manata park edə biləcək", - o deyib. 

Ancaq Bakının küçələrində aparılan monitorinq göstərdi ki, qaydalara əməl etməyən sürücülər var. Həmçinin zolaqlar da bəzi yerlərdə düzgün çəkilməyib. Bu barədəki materialımızı təqdim edirik. 

Rasim Əliyev 

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM