“Qalatasaray” Roberto Mançini ilə vidalaşa bilər

20:24 | 08.04.2014
“Qalatasaray” Roberto Mançini ilə vidalaşa bilər

“Qalatasaray” Roberto Mançini ilə vidalaşa bilər

“Qalatasaray” mövsümün sonunda baş məşqçi Roberto Mançini ilə vidalaşa bilər. Apasport.az saytının məlumatına görə, Superliqanın hesabat turunda əzəli rəqibi “Fənərbaxça”ya 1:0 hesabı ilə qalib gəlməsinə baxmayaraq, düşərgədə sular durulmur. Uğursuz çıxışda günahlandırılan 49 yaşlı italiyalı çalışdırıcının futbolçularla probleminin olması da ziyanına işləyən amil kimi göstərilir. İtaliya mediasının yazdığına görə, “Qalatasaray”la 3 illik müqaviləsi olan Mançininin yeni mövsümdən “İnter”in “sükanı arxası”na keçmək ehtimalı yüksəkdir. Hətta Mançiniyə təklif olunan məbləğ də mətbuata sızıb. Əgər bu iddialar düzgün çıxarsa, çalışdırıcı “İnter”də ilinə 4 milyon avro alacaq. Qeyd edək ki, “Qalatasaray” kimi “İnter”in də ölkə çempionatında vəziyyəti yaxşı deyil. Milanlılar A seriyasında 32 turdan sonra 50 xalla 5-ci yerdədir. “Sarı-qırmızılar” isə 28 oyundan sonra 2-ci pillədə qərarlaşıb. Onlar “Fənərbaxça”dan bir oyun çox keçirsələr də, 7 xal geridirlər. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb