Qalmaqallı avtomobil yenə Bakı küçələrində... - VİDEO

14:36 | 30.09.2014
Qalmaqallı avtomobil yenə Bakı küçələrində... - VİDEO

Qalmaqallı avtomobil yenə Bakı küçələrində... - VİDEO

Qarşıda gedən avtomobil bir müddət əvvəl ölkə mətbuatını şəkilləri ilə zəbt edən 10 LZ 100 dövlət nömrə nişanlı “Nissan Skyline GT-R35“-dir. Milli.Az xəbər verir ki, nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, millət vəkili Elton Məmmədovun oğlu Aynar Məmmədova məxsus olan avtomobil həmin vaxt cərimə meydançasına aparılmışdı.Hətta sahibinin sürücülük hüququndan məhrum edilməsi ilə bağlı rəsmi məlumatlar da yayılmışdı. Millət vəkili Elton Məmmədov bahalı maşının oğlu Aynara deyil, Zaur Bağırov adlı bir şəxsə məxsus olduğunu, hətta Zauru tanımadığını demişdi. Daha sonra məlum oldu ki, Zaur Bağırov millət vəkilinin oğlu Aynar Məmmədovun ən yaxın dostudur. İki gün əvvəl qalmaqallı “Nissan” Bakının mərkəzində gözə dəyib. Həmin avtomobilin bir neçə saniyəlik videosunu çəkən əməkdaşımız maşının sükanı arxasında olan şəxsi Aynar Məmmədova oxşatmayıb. ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb