Qanunsuz dayanacaqlardan yığılan pullar hara gedir?

11:16 | 12.12.2013
Qanunsuz dayanacaqlardan yığılan pullar hara gedir?

Qanunsuz dayanacaqlardan yığılan pullar hara gedir?

Bir yandan tıxaclar, digər yandan yol kənarlarında, icazə olmayan yerlərdə avtomobillərin saxlanması Bakının avtomobil yükünü hər gün getdikcə daha da artırır. Paytaxtda sürücülər avtomobillərini səkilərin üstündə, yolun kənarında yerləşən “pullu avtodayanacaq”larda saxlayırlar ki, bu, həm tıxaclar yaradır, həm də piyadaların hərəkətini çətinləşdirir. Özü də qiyməti 30 qəpikdən 1 manata kimi dəyişən dayanacaqlar... APA TV-nin çəkiliş qrupu şəhəri müxtəlif yerlərində çəkiliş aparıb. Şəhərin müxtəlif yerlərində müvəqqəti avtodayanacaq nəzarətçiləri müştərilərdən maşına nəzarət müqabilində fərqli qiymətlər tələb edir. Məsələn, şəhərin mərkəzi hissəsində bu qiymətlər 1 manat civarındadırsa, orta küçələrdə 30- 50 qəpikdir. Alış-veriş mərkəzləri və ali təhsil müəssisələrinin yaxınlığında isə bu qiymət 50 qəpikdən 1 manat arası dəyişir. Sürücülər deyirlər ki, pil verməyəndə onları söyürlər.Çəkiliş apardığımız "Yaşıl bazarın" qarşısında gördüklərimiz isə dediklərimizin əyani sübutudur. Təxminən 300 metrlik ərazidə yolun kənarıboyu düzülən avtomaşınlara 1 deyil, 10-dan artıq şəxs "xidmət" göstərirdi. Bazara gəlib gedən hər bir avtomobil sahibi orta hesabla 30 qəpikdən dayanacaqpulu verirdi. Həmin şəxslərin hansı əsasla fəaliyyət göstərməsinə, yığılan pulların hara getməsinə gəlincə, bununla bağlı müxtəlif firilər var. Çəkiliş apardığımız məkan Nərimanov Rayon İcra Hakimiyyətinin düz qarşısındadır. Amma bu tək bir fakt deyil. Hətta belə hallara Bakı şəhər icra hakimiyyəti yaxınlığında da baş verir. Qanuni olaraq, heç bir qurumun nəzdində yaradılmayan bu avtodayanacaqlarda yığılan pul müqabilində müştərilərə çek verilmir və təbii ki, bu halda yığılan pulların dövlət büdcəsinə köçürülməsini düşünmək də ən azından sadəlövhlük olardı. "Yerli vergi və ödənişlər haqqında" qanunun 8-ci maddəsinə əsasən, bu cür avtomobil dayanacaqlarının yerini bələdiyyələr müəyyənləşdirir və daxil olan ödənişlər isə bələdiyyələrin hesabına köçürülür. Nəqliyyat Nazirliyi Katibliyinin rəisi Namiq Həsənov deyib ki, sözügedən xidmətin bir əldə cəmləşməsi üçün Nazirlər Kabinetinə artıq təmsil etdiyi qurum tərəfindən təkliflər verilib. Təklifin cavabı olaraq, dayanacaqların xüsusi xəritələri hazırlanıb. Dayanacaqların qanunauyğun əsasda fəaliyyəti oradan yığılacaq verginin bütünlüklə dövlət büdcəsinə toplanmasına gətirib çıxarar ki, bu da büdcəyə əlavə vəsaitin daxil olması deməkdir: "Elektron xəritələr hazırlanıb. Bilinməlidir ki, hansı dayanacaq hardadır və kim nəzarət edir. Burdan nə qədər pul yığılır, hara gedir. Fiziki və ya hüquqi şəxs qoluna bir lent bağlayıb, qanunsuz pul yığırsa, aldığı pula görə çek verməlidir. Həmin çek də müəyyən büdcə təşkilatlarına getməlidir". O ki qaldı yığılan pulların Nəqliyyat Departamentinə getdiyi barədə iddialara, nazirlik sözçüsü deyir ki, "Bakısərnişinnəqliyyat"la müqaviləsi olmayan şəxslərin fəaliyyəti qeyri-qanunidir. Müqavilə əsasında işləyən şəxslər departamentin xüsusi nişanı altında işləməli və aldıqları məbləğə görə çek verməlidirlər: "Həmin dayanacaqlarda "Bakısərnişinnəqliyyat"la əlaqəsi olmayan şəxs durubsa, o zaman ona biz məsuliyyət daşımırıq. Ona hüquq-mühafizə orqanları nəzarət etməlidir. Həmin şəxslər artıq cinayət əməli ilə məşğuldular. Yolda durub pul yığırlar. Amma orda duran bizim əməkdaşdısa və çek vermirsə, onda onun bütün məsuliyyəti bizim üzərimizdədir". Bakı şəhər İcra Hakimiyyəti yanında Ticarət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov isə deyir ki, 5 il öncəyə kimi bu işi təmsil etdiyi qurum həyata keçirirdisə ,hazırda bu sahədə onlar fəaliyyət göstərmir. Həmin şəxslərin İcra Hakimiyyətinin adından istifadə edərək pul toplaması isə qeyri qanuni fəaliyyətdir. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb