“Qarabağ” polisə müraciət etdi - Açıqlama

15:24 | 15.09.2014
“Qarabağ” polisə müraciət etdi - Açıqlama

“Qarabağ” polisə müraciət etdi - Açıqlama

Sentyabrın 18-də keçiriləcək Avropa Liqasının “Qarabağ” - “Sent-Etyen” oyunu öncəsi bilet satışında yenə problem yaranıb.

 

Axar.az-ın əməkdaşı xəbər verir ki, hər oyunda yaşanan bu problem bu dəfə də müşahidə olunur. Hazırda oyuna üç gün qalsa da, kassalarda biletlər qəhətə çıxıb, “qara bazar”da peyda olub.

 

Bu da öz növbəsində biletin qiymətinin süni şəkildə bahalaşması ilə nəticələnib.

 

Matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında bilet tapmaq olmur. Ancaq stadionun ətrafında “qara bazar”da bilet yüksək qiymətlərə satılır.

 

Klubun satışa çıxardığı biletlərin qiyməti sektorlarından asılı olaraq 1, 2, 3, 4, 5 və 10 manatdır (VİP sektor üçün 50 manata). Bəzi şəxslər ucuz biletləri kütləvi şəkildə alaraq onu baha qiymətə satır ki, bu da azarkeşlərin narazılığına səbəb olub.

 

“Qarabağ” klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov qol.az-a deyib ki, problemlə bağlı onlara da müraciət olunub. “Bundan sonra biz dünən Nərimanov Rayon Polis İdarəsinə müraciət etmişik. Bundan başqa, biletlərin eyni şəxlərə çox satılmasının qarşısını almaq üçün klubumuz tərəfindən kassaların ətrafında mühafizəçilər yerləşdirilib. “Qarabağ” klubu olaraq maksimum dərəcədə biletlərin “qara bazar”a çıxarılmasının qarşısını almağa çalışırıq. Hazırda nə lazımdısa edirik və edəcəyik”.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb