Qarabağda 2 erməni FHN əməkdaşı minaya düşdü

16:33 | 19.01.2021
Qarabağda 2 erməni FHN əməkdaşı minaya düşdü

Qarabağda 2 erməni FHN əməkdaşı minaya düşdü

Ermənistanın cənubundakı Sünik (Zəngəzur) vilayətinin Mehri rayonunda mina partlayıb.


Anews.az "Sputnik Armeniya”ya istinadən xəbər verir ki, hadisə nəticəsində Ermənistan Fövqəladə Hallar Nazirliyinin kapitanı Artyom Şahnazaryan və baş yanğınsöndürən, gizir Aram Navasardyan xəsarət alıb.


Bildirilib ki, partlayış Qarabağdakı döyüşlər nəticəsində ölmüş hərbçinin meyitinin axtarışı zamanı baş verib.


Yaralılar Qafandakı hospitala yerləşdirilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb