Qarabağda erməni əsgər öldü

18:15 | 10.09.2017
Qarabağda erməni əsgər öldü

Qarabağda erməni əsgər öldü

Ötən ilin oktyabr ayında işğal altında olan Qarabağda döyüş mövqelərindən birində xidmət edən erməni əsgər Razmik Xudaverdyan hərbçi yoldaşı Vahaqn Virabyanı öldürüb. Xudaverdyan törətdiyi qətlə görə özünü günahlar hesab etdiyini deyib.
AzVision.az xəbər verir ki, bu barədə Xudaverdyanın vəkili Aşot Apresyan bildirib. 

Məlumata görə, erməni əsgərlər arasında baş verən mübahisəyə səbəb Virabyanın döyüş növbətçiliyinə çıxmaqdan imtina etməsi və əsgərin ünvanına təhqiramiz ifadələr işlətməsi olub. 

Virabyan əsgər yoldaşı Xudaverdiyanın ünvanına nalayiq sözlər deyib. Bu səbəbdən Xudaverdyan ona təhkim olunmuş odlu silahla Virabyana 30 dəfə atəş açaraq hərbçi yoldaşını qətlə yetirib.

Hazırda Ermənistanın Sünik vilayətinin ümumi yurisdiksiya məhkəməsində cinayət işi üzrə proses davam edir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb