“Qarabağla bağlı danışıqlar dayanır” — deputatdan ŞOK AÇIQLAMA

11:51 | 08.05.2018
“Qarabağla bağlı danışıqlar dayanır” — deputatdan ŞOK AÇIQLAMA

“Qarabağla bağlı danışıqlar dayanır” — deputatdan ŞOK AÇIQLAMA

"Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlar yubanır. Bununda əsas səbəbi Ermənistanda davamlı hökumətin olmamasıdır”.
 
Bu fikirləri "Ölkə.Az”a açıqlamasında Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov bildirib. 

R.Musabəyov deyib ki, bu gün Nikol Paşinyan baş nazir seçilsə belə, bu, müvəqqəti hökumət olacaq:

"Əgər Ermənistan yeni seçkilərə gedəcəksə, təbii ki, seçkiöncəsi populizim artacaq. Bu o deməkdir ki, yaxın zamanda Azərbaycan tərəfinin Ermənistanla danışıqlar aparması üçün erməni tərəfindən adam olmayacaq. Azərbaycanın bu vəziyyətə nə qəzər dözəcəyini isə zaman göstərəcək”.
Deputat qeyd edib ki, Nikol Paşinyanın 3 aydan sonra siyasi proseslərdə iştirak edib-etməməsi suallar doğurur:

"Nikol Paşinyan ın 3 aydan sonra orada olacağı hələ məlum deyil. O, çox söz deyə və istəyə bilər. Nikol Paşinyan  hələ hakimiyyətdə möhkəmlənsin, ondan sonra danışsın. Reallıq odur ki, Qarabağla bağlı danışıqlar dayanır. Çox təəssüf ki, bu belədir”.

Politoloq bildirib ki, əgər Nikol Paşinyan cızığından çıxsa, Ermənistan parlamentində törədilən 1999-cu il hadisələri yenidən təkrarlana bilər. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb