“Qarabağ”la “Neftçi” 3 xala sevindi

22:56 | 17.10.2014
“Qarabağ”la “Neftçi” 3 xala sevindi

“Qarabağ”la “Neftçi” 3 xala sevindi

Ağdam klubu turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıbTopaz Premyer Liqasında millinin oyunlarına görə yaranmış fasilə başa çatıb və VIII tura start verilib. ANS PRESS-in məlumatına görə, ilk oyun günündə 2 qarşılaşma baş tutub."Neftçi" "Sumqayıt"ın qonağı olub. 12-ci dəqiqədə rəqib qapısına yol tapan Ernest Nfor komandasına 3 xal qazandırıb. Bu qələbə sayəsində xalını 13-ə yüksəldərək turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. 12 xalı olan "Sumqayıt" isə 4-cü pilləyə yuvarlanıb.Günün ikinci oyununda "Qarabağ" "Qəbələ"ni qəbul edib. Hesabı 45+2-ci dəqiqədə Vüqar Nadirov açıb. 90-cı dəqiqədə isə Reynaldo Silva penaltini dəqiq yerinə yetirərək "Qarabağ"a qələbə qazandırıb. Hazırda aktivində 14 xal olan Ağdam klubu turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. "Qəbələ"nin isə 11 xalı var və 5-ci pilləni tutur.Qeyd edək ki, turun iki oyunu sabah, biri bazar günü keçiriləcək.Premyer Liqa, 2014/15 mövsümü,I dövrə, VIII tur17 oktyabrSumqayıt - Neftçi 0:1Qol: Ernest Nfor, 12.Qarabağ - Qəbələ 2:0Qollar: Vüqar Nadirov, 45+2. Reynaldo Silva, 90+pen. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb