“Qatil” tamaşası: Kimi bədən görür, kimi də sənət - AÇIQLAMA

17:20 | 03.04.2014
“Qatil” tamaşası: Kimi bədən görür, kimi də sənət - AÇIQLAMA

“Qatil” tamaşası: Kimi bədən görür, kimi də sənət - AÇIQLAMA

Mədəniyyət sahəsində son günlər müzakirə müstəvisində olan məsələlərdən biri də “Qatil” tamaşasıdır. Tamaşada müəyyən açıq səhnələrin mövcudluğu bəzi ziyalıların etirazına səbəb olub.Mövzu ilə əlaqədar olaraq psixoloq Taryel Faziloğlu ANN.Az-a açıqlamasında rejissoru haqlı çıxarıb.T.Faziloğlu açıqlamasında bildirib ki, kimlərsə orda sənət yox, bədən görübsə, bu rejissorun günahı deyil: “Qatil” tamaşasına gedib, sonra ona tərbiyəsiz deyən ziyalıların bu hərəkəti mənə bir hadisəni xatırlatdı. Orta məktəbdə dərs deyirdim. Eşitdim ki, yunan antik dövrünün sərgisi açılacaq. Mən də dərs dediyim 9-11 sinif uşaqlarından bir dəstəni o sərgiyə apardım ki, antik mədəniyyəti daha yaxından tanısınlar. O sərgidə məşhur antik abidəsi olan çılpaq qız heykəli vardı. O heykələ çatanda uşaqlar başladılar bir-birlərinə işarə etməyə, gizlincə gülüşməyə. Muzeyin işçisi təəccüblə mənə baxdı. Mən cavab verməmiş 11-də oxuyan bir şagirdim dedi ki, “mən bütün uşaqların əvəzindən müəllim sizdən də, xanım sizdən də üzr istəyirəm. Bəziləri bu heykələ baxanda sənət, bəziləri bədən görür. Bizimkilər də bədən gördülər”. Mən onda o şagirdimlə fəxr etdim. İndi "Qatil" tamaşasına gedən ziyalılarımız orda sənət yox, bədən görüblərsə, bu rejissorun eybi deyil. Problem həmin ziyalıların baxışlarındadır”.SeymurANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM