Qız doğduğuna görə atılan qadın: "İndi qızım mənə dayaqdır" - ANN.TV

15:20 | 20.05.2015
Qız doğduğuna görə atılan qadın:

Qız doğduğuna görə atılan qadın: "İndi qızım mənə dayaqdır" - ANN.TV

Bəzən qəhrəmanlıq göstərmək üçün yalnız döyüşlər, müharibələr lazım deyil, bu həyatda qeyrət və şərəfi qorumağın, tale sınağından üzü ağ çıxmağın özü belə böyük şücaət istəyir.

O, göz yaşları içərisində "kaş, o vaxt mən də şəhid olaydım, kaş, o döyüş yoldaşlarımla birgə Murov dağındakı qarın içərisində ölüb qalaydım" - deyir. Bu qadın əlil ola-ola Qarabağa döyüşə gedən, həm erməni qəsbkarları ilə vuruşub, həm də tibb bacısı kimi xəstələrə, yaralılara yardım edən Rüxsarə Cumayevadır. Onu döyüş yoldaşları daha çox "Tutu" adı ilə tanıyır. Əlil olsa da, vətəninin ağır günlərində döyüş meydanına getməyə üstünlük verən bu xanıma Tutu adını milli qəhrəman Şirin Mirzəyev verib. 

Rüxsarə Cumayevanın döyüş yolu 1991-ci ilin may ayından 1994-cü ilin fevral ayının 19-a qədər davam edib. O, qısa döyüş yolunun tarixçəsindən nə qədər qürurla, şərəflə bəhs edirsə, həyatının sonrakı mərhələsi haqqında bir o qədər ağır, bir o qədər sızıltı ilə danışır. 

ANN.TV-nin "İnsan manifesti" rubrikasının bugünkü qonağı olan Rüxsarə xanımın həyat hekayəsini onun öz dilindən eşidək. 

Hazırladı: Aynur Məmmədova







 
 

 
 
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM