Qış öz sərt üzünü göstərdi

13:27 | 30.11.2013
Qış öz sərt üzünü göstərdi

Qış öz sərt üzünü göstərdi

Türkiyənin Şərqi Anadolu bölgəsində artıq qış öz sərt üzünü göstərib. 

Ərdəhan vilayətində yağan güclü qar fəsadlara səbəb olub. Ərdəhanın Posof rayonunda qar və çovğunla əlaqədar Ulqar dağından keçən yük maşınları yollarda qalıb. Buzlaşma ilə əlaqədar yolların bağlanması TIR-ların tıxacda qalması ilə nəticələnib. 

Ərzurum vilayətində də qar həyatı iflic edib. Vilayət mərkəzində qarın hündürlüyü 6 santimetrə çatıb. Yerli sakinlər şaxtanın belə tez düşməsinə hazırlıqsız olsalar da, uşaqlar və gənclər yağan qarın kefini çıxarıblar.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb