Quba və Sumqayıtda qaz təchizatı məhdudlaşdırılacaq

10:38 | 08.06.2016
Quba və Sumqayıtda qaz təchizatı məhdudlaşdırılacaq

Quba və Sumqayıtda qaz təchizatı məhdudlaşdırılacaq

 Bu gün Quba və Sumqayıt şəhərinin təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
 
"Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən "APA-Economics”ə verilən məlumata görə, yeni çəkilmiş diametri 57 mm-lik qaz xətlərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi, qaz xətlərində aparılacaq təmir işləri, istismarı dayandırılmış qaz xətlərinin şəbəkədən ayrılması ilə əlaqədar iyunun 8-də saat  09:00-dan işlər yekunlaşanadək Sumqayıt şəhərinin "Yaşıl dərə" yaşayış massivi, "Metallurq" bağları, 48-ci məhəllə, Corat qəsəbəsi və bağ massivinin, 20, 21-ci mikrorayonlar, 52-ci məhəllə, Novxanı, Saray bağları yaşayış sahələrində və Quba rayonunun bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb