"Atletiko Madrid" daha bir türk futbolçu alır

16:10 | 16.10.2014
"Atletiko Madrid" daha bir türk futbolçu alır

"Atletiko Madrid" daha bir türk futbolçu alır

İspaniya La Liqasının son çempionu "Atletiko Madrid" "Qalatasaray"ın istedadlı müdafiəçisi Semih Kayanı heyətinə qatmaq istəyir.

ANN.Az-ın "NTV Sport"a istinadən verdiyi xəbərə görə, "Atletiko Madrid" Arda Turandan sonra "Qalatasaray"ın digər ulduz futbolçusunu sıralarına qatmaq istəyir. İspanlar bunun üçün "Qalatasaray"a təklif göndəriblər.

Ötən günlərdə Türkiyəyə gələn Migel Anxel Gil Semih Kaya üçün "Qalatasaray" rəhbərliyi ilə bir masaya oturub.

M.A. Gil Arda Turanın məsləhəti ilə Semihi heyətlərinə qatmaq istədiklərini bildirib.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb