"Ceyms Bond" Bakı xatirələrindən danışdı

14:37 | 11.09.2014
"Ceyms Bond" Bakı xatirələrindən danışdı

"Ceyms Bond" Bakı xatirələrindən danışdı

Məşhur Hollivud aktyoru, Ceyms Bond obrazını yaratmış Pirs Brosnan Moskvada keçirdiyi brifinqdə Bakı ilə bağlı xatirələrini bölüşüb. APA - nın Moskva müxbirinin verdiyi məlumata görə, amerikalı aktyor Azərbaycanda çox isti qarşılandıqlarını bildirib. "Yadımdadır ki, həftənin birinci günü, səhər həyat yoldaşımla sağollaşıb, Bakıya getdim. Bu çox qeyri-adi bir təcrübə idi. Hər yerdə neft buruqlarını, neftayırma zavodlarını görürdük. Bu peyzaj bizim filmə çox uyğun idi. Bizi çox isti qarşıladılar", - deyə o vurğulayıb. Qeyd edək ki, "Rossiya Seqodnya" agentliyində Pirs Brosnanın Moskvada çəkildiyi "Noyabrın adamı" filminin təqdimat mərasimi keçirilib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM