"Ədəbiyyat qəzeti"ndə yoxlamalara başlandı

14:08 | 17.03.2014
"Ədəbiyyat qəzeti"ndə yoxlamalara başlandı

"Ədəbiyyat qəzeti"ndə yoxlamalara başlandı

“Hərə bizim redaksiyaya, mənim şəxsimə bir söz deyir, onu deyə bilmərəm. Başqa bir vaxtı bəlkə də danışarıq. Yəqin, bir xəbər olsa, eşidərsiz”. Bunu Modern.az-a açıqlamasında “Ədəbiyyat qəzeti”nin baş redaktoru Ayaz Vəfalı deyib.Qeyd edək ki, hazırda Azərbaycan Yazıçılar Birliyi “Ədəbiyyat qəzeti”ndə yoxlamalar aparır. Yoxlamanın nəticəsi təxminən on beş-iyirmi günə  açıqlanacaq.*****““Ədəbiyyat qəzeti"ndə yoxlama aparılır. Biz vaxtaşırı redaksiyalarda belə yoxlamalar keçirdirik. Qurultay ərəfəsidir. “Ədəbiyyat qəzeti" də nəşriyyat qəzetlərimizdən biridir. Buna görə yoxlama aparırıq. Təxminən 15-20 günə yoxlamanın nəticəsi açıqlanacaq”.Bunu Modern.az-a Azərbaycan Yazıçılar Birliyinin katibi Fikrət Qoca deyib.Modern.az saytına daxil olan məlumata görə, “Ədəbiyyat qəzeti"ndə bu dəfə aparılan yoxlamalar sıradan deyil.Qəzetə ayrılan vəsaitin əməkdaşlar arasında bölüşdürülməsi məsələsində ciddi problemlərin olduğu da söylənilir.Baş vermiş bu məsələlərə görə qəzetin baş redaktorunun işdən kənarlaşdırılacağı da qeyd edilir. Digər məlumatlara görə, artıq qəzetə təyin olunacaq yeni baş redaktorun adı da məlumdur.Bu sırada qəzetin bir neçə şöbə müdirinin adı hallanır. Məlumatda şanslılar arasında ən çox Adil Cəmilin adı çəkilir. Hətta bu məsələ ilə bağlı artıq Adil Cəmilin Yazıçılar Birliyi rəhbərliyi tərəfindən qəbul olunduğu da deyilir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb