"Mənim mahnılarım toylarda səslənmir" - MÜSAHİBƏ

13:05 | 04.06.2014
"Mənim mahnılarım toylarda səslənmir" - MÜSAHİBƏ

"Mənim mahnılarım toylarda səslənmir" - MÜSAHİBƏ

Azərbaycan bəstəkarı və müğənnisi, beynəlxalq müsabiqələrin laureatı Rizvan Sadırxanov Rusiyada kifayət qədər məşhurdur. Sözləri Andrey Dementyevin, musiqisi isə Sadırxanovun olan mahnıları sovet müğənniləri ifa etmişdilər, həmçinin Rusiya müğənniləri də ifa edirlər, onun melodiyaları ən nüfuzlu Rusiya səhnələrindən səslənir, filmlər və tamaşalar üçün ona musiqi sifariş edirlər. Vətəndə isə Sadırxanovu geniş tamaşaçı kütləsi az tanısa da, mədəniyyət xadimlərinin arasında bu ad yaxşı məlumdur.Rizvan Sadırxanov Rusiyada və Azərbaycanda fərqli həcmdə şöhrətə malik olmasının səbəblərini ANN.Az üçün açıqladı.- Bu il Bakıda mənim "Təmiz qəlblər" adlı diskim çıxdı, bu diskdə 18 mahnı yer alıb, italyan, rus, türk, çex və Azərbaycan şairlərinin şeirlərinə yazılmış bu mahnıları orijinal dilində ifa etmişəm. Türk şairi Nazim Hikmətin, Azərbaycan şairi Rəsul Rzanın, Mikayıl Müşfiqin, çex şairəsi Katerina Yuriçkovanın, italyan şairləri Silvana Parininin və Andrey Dementyevin şeirlərinə bəstələnmiş mahnılar müxtəlif musiqi janrlarında yazılmışdır.Fürsətdən istifadə edərək, bu layihənin maliyyələşdirilməsini öz üzərinə götürmüş Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlığımı bildirirəm. Daha əvvəl 2010-cu ildə, mən böyük rus şairi Andrey Dementyevlə birgə "Sonuncu Romantik" adlı yaradıcılıq gecəsinin təşkili xahişiylə mədəniyyət və turizm nazirimiz Əbülfəz Qarayevə məktubla müraciət etdim. Nazirin köməyi sayəsində yaradıcılıq gecəsi baş tutdu və yüksək səviyyədə keçdi. Onda Andrey Dementyevin şeirlərinə bəstələdiyim mahnılarımı mənim özümdən başqa, məşhur vokalistlərimiz - Azərbaycanın xalq artisti Əvəz Abdullayev, Azərbaycanın əməkdar aktrisası Səbinə Əsədova, gözəl soprano səsə malik Nigar Cəbiyeva və Emil Minyaşev ifa etdilər. Azərbaycan və Rusiya KİV-i bu hadisəni geniş işıqlandırdı.Nazirlə filarmoniyada təsadüfi görüş zamanı o, mənim planlarım barədə maraqlandı. Mən cavab verdim ki, musiqi yazıram və yeni disk çıxartmaq istəyirəm. Nazir yazılı şəkildə onlara müraciət etməyimi təklif etdi. Mən yazdım ki, iki disk çıxartmaq istəyirəm – bayaq haqqında bəhs etdiyim mahnılar toplusu olan diskim artıq çıxıb və hal-hazırda üzərində işlədiyim – "Zirvələr". Bu diskdə romansdan tutmuş roka qədər bir çox istiqamətli mahnılar olacaq. Gələcəkdə diskdə Mikayıl Müşviqin, Nəsiminin, Şəhriyarın, Nizaminin və başqalarının şeirlərinə bəstələdiyim mahnılar da yer alacaq.-  Bu qədər müxtəlif istiqamətli əsərləri yazmağa necə nail olursunuz axı bu, çox mürəkkəb işdir və yəqin həmişə çoxlu sayda musiqiçiləri yığmağa ehtiyac olur?- Peşəkar aranjımançılar müasir musiqi proqramlarından və praktik olaraq bütün alətlərin səslənmə bankından istifadə edərək, bilavasitə internetdə alətlərin səslənməsini deyil, həm də məsələn İequdi Menuxinin, Yaşa Xeyfetsin, Rastropoviçin violonçellərinin, Vanna Klaybernin royalının səsinivə s. ala bilirlər. Məsələn, İnternetdə kilsə yığıncağında orqanın səslənməsi real orqandan praktik olaraq fərqlənmir. Yəni bu sintetik olmayan, faktiki olaraq real səslərdir.Mən bu peşənin sirrləinə yiyələndim, amma mənim bir ay ərzində etdiyimi, dostum, aranjımançı və mənim kompozisiyalarımın rok üslubunda ifaçısı Emil Minyaşev bir saat ərzində edir.Kompüter texnikasının köməyi ilə etdiyimiz aranjimanları peşəkar dirijorlar orkestr ifası üçün qəbul edirlər. Məndən soruşurdular ki, hansı orkestr mənim üçün ifa edirdi? Yaxın vaxtlarda, yeni musiqi layihəsiylə əlaqədar olaraq eyni sualla türklər mənə müraciət edirlər: hansı orkestrlə musiqi yazacaqsınız? Mən onlara cavab verdim ki, internetdə bütün alətlərin səsi var, onları yalnız bir orkestrə yığmaq qalır.Xüsusi kompüter proqramları bəstəkarların köməyinə çatır, bu barədə çox danışmaq olar.-  Televiziyada və radioda sizin musiqiləriniz səsləndirilmir.- Mənim mahnılarım toylarda səslənmir, hərçənd bu yaxınlarda məhz toy üçün yazdığım bir mahnı çox məşhur bir müğənni tərəfindən ifa edildi. Toyxana mahnısı yazmaq əlbəttə çətin deyil. - Bizim musiqi mədəniyyətimiz hansı istiqamətdə inkişaf edir?- Bizim şou-biznes məndən nə qədər uzaqdırsa, mən də ondan o qədər uzağam. Bu faktı dərk etməkdən xoşbəxtəm. Mənim üçün birinci yerdə musiqi dayanır. Andrey Voznesenski yaxşı deyib: "Musiqiyə əllə toxunmayın ".Mən musiqilərimi Andrey Dementyevə və başqa müasir şairlərə göstərərkən, əgər bu, onalra xoş gəlirsə, onda xoşbəxt oluram. Əvvəlcə mən şeiri oxuyuram və əgər şeir qəlbimə toxunursa musiqi yazıram. Elə bir gün yoxdur ki, musiqi bəstələməyim. - Bundan sonra nə etmək fikrindəsiniz?- Nə qədər ki səsim var, oxuyacam və müxtəlif üslublarda mahnılar bəstələyəcəm. Kamal ƏliANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM