"Pley-off"da oynamağa biz daha layiq idik"

14:19 | 07.08.2014
"Pley-off"da oynamağa biz daha layiq idik"

"Pley-off"da oynamağa biz daha layiq idik"

"Qarabağ"la görüşdə bizi 1:0 hesabı da qane edirdi. Ancaq biz 2:0 hesabı ilə qalib gəldik. Düşünürəm ki, bu görüşdə 5 qol vura bilərdik. Ancaq çoxsaylı qol epizodlarından yararlana bilmədik".

Qol.Az-ın məlumatına görə, bu sözləri "Zalsburq" klubunun futbolçusu Kevin Kempl "Qarabağ"la oyundan sonra Avstriya mətbuatına açıqlamasında deyib.

Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"a 2:0 hesabı ilə qalib gələn "Zalsburq"un slovakiyalı futbolçusu komandasının "pley-off"da oynamağa daha layiq olduğunu bildirib: "Qarabağ" bu oyunda cəmi iki dəfə qapımız qarşısında təhlükəli vəziyyət yaratdı. İlk oyunda rəqibə 1:2 hesabı ilə məğlub olduğumuz üçün üzərimizdə böyük təzyiq var idi. Lakin komandamın "pley-off"da oynamağa daha layiq olduğunu düşünürəm".

Qeyd edək ki, "Zalsburq"a 0:2 hesabı ilə uduzaraq Çempionlar Liqası ilə vidalaşan "Qarabağ" mübarizəni Avroliqada davam etdirəcək.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb