"Qarabağ" və "Neftçi" gerilədi, Azərbaycan irəlilədi - SİYAHI

16:00 | 06.10.2014
"Qarabağ" və "Neftçi" gerilədi, Azərbaycan irəlilədi - SİYAHI

"Qarabağ" və "Neftçi" gerilədi, Azərbaycan irəlilədi - SİYAHI

UEFA bu gün klubların növbəti reytinq siyahısını açıqlayıb.

Qol.Az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, 454 komandanın yer aldığı siyahıda Azərbaycan 7 klubu təmsil olunub.

Avropa Liqasının qrup mərhələsində "İnter"ə 0:2 hesabı ilə uduzan “Qarabağ” klubu 2 pillə geriləyərək 201-ci yerdə qərarlaşıb.

Reytinqdə hələlik Azərbaycan klubları arasında ən yaxşı göstərici “Neftçi”yə məxsusdur. "Ağ qaralar" da "Qarabağ" kimi iki pillə geriləyib. Son Azərbaycan kubokunun sahibi siyahıda 174-cü olub.

Ümumilikdə avrukoboklarda son beş mövsümün (2010/11, 2011/12, 2012/13, 2013/14 və 2014/15) nəticələrinə əsasən hazırlanan siyahıda komandalarımızın mövqeyi aşağıdakı kimidir:

174. “Neftçi” (-2)

201. “Qarabağ” (-2)

273. “İnter” (-2)

300. “Xəzər Lənkəran” (0)

347. “Bakı” (0)

371. “Qəbələ” (0)

372. AZAL (0)

Reyntiq cədvəlinə yenə də Çempionlar Liqasının son qalibi “Real” (Madrid) klubu başçılıq edir. “Barselona” ikinci, “Bavariya” isə üçüncü yerdədir.

Qeyd edək ki, ölkələrin reytinqində isə Azərbaycan bir pillə irəliləyərək 29-cu olub. Ölkəmiz reytinqdə Slovakiyanı qabaqlayıb. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb