"Qarabağ"ın rəqibi itki ilə üzləşdi

15:55 | 15.07.2014
"Qarabağ"ın rəqibi itki ilə üzləşdi

"Qarabağ"ın rəqibi itki ilə üzləşdi

Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunu çərçivəsində bu axşam evdə "Qarabağ"ı qəbul edəcək "Valletta" klubu ciddi itki ilə üzləşib.

Qol.Az-ın məlumatına görə, klubun baş məşqçisi Qilbert Acius iki futbolçusunun xidmətindən yararlana bilməyəcək.

Bunlar yarımmüdafiəçi Adrian Zahra və hücumçu Livelina Kremonadır. Hər iki futbolçu zədə səbəbindən "Qarabağ"la ilk oyunu buraxmalı olacaqlar.

Q.Aciusun sərəncamında 16 futbolçu qalıb: Yenz Çini, Niki Vella, Luke Dimex, Roderik Briffa, Conatan Karuana, İan Azzopardi, Ryan Fenex, Ryan Kamilleri, Hüqo Faria, Hamed Alkamali, Latif Elford Alliyu, Abdelkarim Nafti, Ian Zammit, Şon Bajada, Luke Montebello, Rafael Koh-Sohna. 

Qeyd edək ki, "Valletta" - "Qarabağ" oyunu bu axşam, Bakı vaxtı ilə saat 21:30-da başlayacaq. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb