"Tiki-taka"ya nifrət edirəm” – Qvardiola

17:41 | 17.10.2014
"Tiki-taka"ya nifrət edirəm” – Qvardiola

"Tiki-taka"ya nifrət edirəm” – Qvardiola

Pep Qvardiola baş məşqçilik etdiyi "Bavariya"da ilk ili bağlı kitab yazıb.

Qol.Az-ın Almaniya mətbuatına istinadən yaydığı xəbərə görə, jurnalist Marti Perarnaunun köməyi ilə hazırlanan kitabda təcrübəli mütəxəssis bir sıra maraqlı məqamlara toxunub.

Son zamanlar "Bavariya"da tiki-taka futbolu oynatdığı üçün tənqid edilən P.Qvardiola kitabında əksinə, bu oyun sistemini bəyənmədiyini  yazıb: "Sözün əsl mənasında qısa ötürmələrlə oyuna nifrət edirəm. Topu özündə çox saxlamağın heç bir mənası yoxdur".

P.Qvariola "Bavariya"da ilk günündə futbolçuları ilə olan söhbətinə də kitabında yer verib.

Qvardiola futbolçularına deyib: "Tiki-taka" sisteminə nifrət edirəm, bunu yadınızda saxlayın! Bu, heç birə işə yaramayan oyun sistemidir. "Barselona"da da "tiki-taka" futbolu oynatmırdım. Bunu insanlar özlərindən uydururdular. Bütün idman növlərində rəqibi çətin vəziyyətdə qoymaq, onu yormaq önəmlidir".

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb