"Yazıçılar piket keçirəcəklər" - MÜSAHİBƏ

14:37 | 04.12.2013
"Yazıçılar piket keçirəcəklər" - MÜSAHİBƏ

"Yazıçılar piket keçirəcəklər" - MÜSAHİBƏ

Yazıçılar Birliyinə hədiyyə olaraq verilmiş 9 mənzil barəsində söz-söhbətlər yenidən gündəmə gəlməkdədir. Qeyd edək ki, razılaşmaya əsasən, həmin 9 mənzil satılmalı və əldə olunan gəlir 36 yazar arasında bölüşdürülməli idi. Lakin məsələ acı bağırsaq kimi uzanır. Yazıçılar həmin mənzillərin yerləşdiyi binanı inşa edən “Abidə” Mənzil Tikinti Koperativindən narazıdırlar. Yazıçılar Birliyində  mənzil məsələlərinə rəhbərlik edən Rauf Aslanov da tikinti şirkətinin sədri Arif Mədətovdan öz gileyini gizlətmir.  Rauf Aslanov tikinti rəhbərinin yazıçıların həmin mənzilləri satmasına mane olduğunu və hətta onları təhqir edəcək sözlər  dediyini bildirib. Yazıçılar Birliyi sədriinin müşaviri və mənzil məsələlərinə rəhərlik edən Rauf Aslanov bu problem barədə Modern.az-a müsahibə verib:- Bizim mənzil alacaq yazıçılarımız yenə də problemlə üzləşiblər. Problem ondan ibarətdir ki, həmin 9 mənzil satılmalı və əldə olunan vəsait 36 yazar arasında bölüşdürülməliydi. Onlar isə öz paylarına düşən pulla şəhərdən bir az kənarda özləri üçün bir yaşayış yeri tikməliydilər. İndi yazıçılarımız  çox çətinliklə alıcı tapıb MTK-ya gedəndə ordakılar hər bir vəcdlə çalışırlar ki, həmin alıcı mənzili almasın. Deyirlər ki, bu evlər heç 50 ilə də tikilib qurtarmayacaq. Bir də deyilir ki, “biz nə qədər ki, kupça almamışıq, həmin mənzilləri heç kimə  satmayacağıq”. Burda məqsəd nədir? Biz çox araşdırdıq. Məlum oldu ki, şirkət mənzillərin 1 kvadrat metrini 1600 manata satır. Bizim mənzil satan yazıçılarımız da mənzillərinin  tez satılması üçün qiymətdə güzəştə gedirlər. Təxminən 1000-1050 manata satırlar. Bu halda  “Abidə” tikinti şirkəti məznilləri  satmağa imkan vermir. Çalışırlar  ki, bizim yazıçılardan mənzilləri çox aşağı  qiymətə özləri alsınlar. Yazıçıları bezdirib mənzillərin 1 kvadrat metrini çox aşağı qiymətə - 500-600 manata almaq istəyirlər. - Konkret olaraq kimdən narazısız?- Konkret olaraq həmin MTK-nın sədri bu işlərlə məşğul olur. Gedəndə də onun yanına gedirlər. İndi də deyir ki, “elə etməsinlər ki, ümumiyyətlə mənzilləri onların əlindən alım”. Mən bilmirəm bu mənzilləri bizə o bağışlayıb, yoxsa ulu öndər? Baş açmıram, necə olur ki, ulu öndərin ziyalılara bağışladığı mənzilləri bu adam geri almaqla hədələyir. - Mənzillər yazıçılara nə zaman verilib?- Bizim birinci müqaviləmiz 2004-cü ildə olub. Təsəvvür edin ki, o vaxtdan doqquz il keçib. Bu şirkət bir evi indiyədək tikib qurtara bilmir. Ulu öndərimizin gördüyü işi öz adlarına çıxırlar, deyirlər ki, mənzilləri sizə biz veririk. Hədələyirlər ki, geri  alarıq. Onu ancaq bir adam ala bilər. Dövlətimizin  rəhbəri necə veribsə,  o cür də ala bilər. Bu adam kimdi ki, gah deyir verirəm, gah deyir ki, vermirəm. Axı mənzilləri bu bağışlamayıb. Onun bizimlə bağladığı müqavilədə də yazılıb ki, sahibi tərəfindən mənzili istədiyi vaxt istədiyi adama satmaq olar. Tək bizə veriləndə deyil, bütün müqavilələrdə bu müddəa var. Bildiyimiz kimi, Bakıda yeni tikililərin tam əksəriyyəti hazır deyil. Ona görə də belə evlərdəki mənzillər  müqavilə ilə alınıb-satılır. Deməli, burda məntiq var. Əgər mən bu mənzili almışamsa,  sabah ola bilsin ki, mənim hansısa bir problemim meyadana çıxa bilər, yaxud da başqa yerə köçə bilərəm. Bəlkə mənim çox ciddi bir problemim var? Belə olan halda öz mənzilimi sata bilmərəm? Hüqiqi cəhətdən buna necə yanaşaq.?!- 9 mənzil 36 yazıçı arasında bölünüb. Bəs onların bu məsələyə münasibəti necədi?- Bir qrup yazıçı o vaxtı katibliyə müraciət etdi. Katiblik də bu işi mənə tapşırdı. Növbəyə 49 adam dayanmışdı. Bu mənzillər ulu öndər tərəfindən Yazıçılar Birliyinə pay verilmişdi. Anar müəllim bunu istədiyi adama verə bilərdi. Amma dedi ki, bu mənzilləri növbədə duranların arasında bölüşdürün. Özləri iclasda iştirak edib razılığa gəldilər. İclasın protokolu indi də məndə var. Özləri püşk atdılar və mənzillər bölündü. İndi həmin yazıçılar ilk növbədə cənab prezidentə müraciət etməyə hazırlaşırlar. Çünki onlar bu saat çox gərgindilər. Çox çətinliklə müştəri tapıblar. Amma indi ora baxmağa gedəndə onlara deyirlər ki, “elə edərsiz mənzilləri əlinizdən alarıq. Bura gəlməyin, sizin burda mənzilləriniz yoxdu”. Yazıçılar da mənə yanaşdılar. Mən də məsul olduğum işi görmüşəm, indi həmin yazarlar gedib öz mənzillərini satmalıdı. Sata bilməyib bizdən kömək istədilər. Hazırda piket keçirmək istəyirlər. Hər halda, yəqin bütün televiziya kanallarını ora dəvət edərlər. Prezidentə də müraciət hazırlayırlar. Bilinsin ki, bu şirkət kimdi ki, ziyalılarla istədiyi kimi rəftar edir, onları alçaldır, təhqir edir.- Anar müəllimin məsələyə münasibəti necədi?- Anar müəllim bu işə müdaxilə etmir. Mənə elə gəlir ki, bu günlərdə Anar müəllimin onlarla son görüşü olacaq. Son qərar orda bilinəcək.- Elə mənzil problemindən danışmışkən, bəs yazıçıların Yaradıcılıq Evi məsələsi nə yerdə qalıb?- Yazıçıların Şüvəlanda Yaradıcılıq Evi var idi. Amma bildiyimiz kimi, məcburi köçkünlər orda məskunlaşıb. İndi də Şabranda bizə, rəssamlara və bəstəkarlara yer ayrılıb. Müraciət edəndə bizə dedilər ki,  tez bir zamanda bu işlərə başlanılacaq- Hələ işlərə başlanmayıb?- Xeyr, başlanmayıb. İş başlansaydı biz deyə bilərdik ki Yaradıcılıq Evi nə zaman hazır olacaq. İndi əsas problemlərdən biri bu 9 mənzil məsələsidi. Məsələ get-gedə uzanır. Artıq həmin 36 nəfərdən 3-4-ü rəhmətə gedib. Rəhmətlik Ədalət Əsgəroğlu, Şaiq Vəli. İstərdik ki, yerdə qalanlar öz mənzillərini tez bir zamanda sağ-salamatkən alsınlar.ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb