"Yuventus"un yeni baş məşqçisi müəyyənləşdi

17:09 | 16.07.2014
"Yuventus"un yeni baş məşqçisi müəyyənləşdi

"Yuventus"un yeni baş məşqçisi müəyyənləşdi

"Yuventus" klubunun yeni baş məşqçisi müəyyənləşib.

Qol.Az-ın "goal.com"a istinadən verdiyi məlumata görə, Turin təmsilçisinin rəhbərliyi Antonio Kontenin istefasından sonra komandanı Massimiliano Alleqrinin çalışdıracağına qərar verib.

"Milan"ın sabiq baş məşqçisi ilə iki illik müqavilə imzalanıb. Alleqrinin həftə sonuna qədər yeni komandasında rəsmən işə başlayacağı gözlənilir.

Qeyd edək ki, yanvar ayında "Milan"dan qovulan Alleqri ilə daha öncə komandanın önəmli futbolçusu olan Andrea Pirlo arasında problem yaşanmışdı. Bundan sonra Pirlo "Milan"dan ayrılıb "Yuventus"a transfer olunmuşdu. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb