Qurban Qurbanov milliyə gəlməkdən imtina etdi

13:55 | 17.10.2014
Qurban Qurbanov milliyə gəlməkdən imtina etdi

Qurban Qurbanov milliyə gəlməkdən imtina etdi

Berti Foqtsun istefa verməsindən sonra Azərbaycan millisinin baş məşqçi postuna kimin gətiriləcəyi məsələsi aktuallaşıb.

İctimai rəy “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun tərəfindədir.

Ancaq komanda.az-ın əldə etdiyi məlumata görə, Qurbanov millini çalışdırmaqdan imtina edib. AFFA-dakı mənbənin sayta verdiyi məlumata görə, Elxan Məmmədovla Qurban Qurbanov məsələ ilə bağlı müzakirə aparıblar. Ancaq razılıq əldə olunmayıb. Baş katib Qurbanovdan milliləşdirilmiş futbolçulardan imtina olunmamasını tələb edib. “Qarabağ”ın çalışdırcısı isə bu təklifi qəbul etməyib.

Bundan sonra Elxan Məmmədov “İnter”in baş məşqçisi Kaxaber Tsxadadze ilə təmas qurub. Məlumata görə, gürcü çalışdırıcı baş katibin şərtini qəbul edib.

Ən son məlumata görə, bu gün Rövnəq Abdullayev də Qurban Qurbanovla görüşəcək. Görüş “Qarabağ” - “Qəbələ” oyunundan sonra baş tutacaq.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb