“Qız yükü” serialına görə rejissor məhkəməyə verildi

15:19 | 10.06.2014
“Qız yükü” serialına görə rejissor məhkəməyə verildi

“Qız yükü” serialına görə rejissor məhkəməyə verildi

“ATV kanalında yayımlanan “Qız yükü” serialının rejissoru İntiqam Hacılı barədə məhkəməyə müraciət edilib.AzNews.az-ın məlumatına görə, rejissorun məhkəməyə verilməsinə səbəb ATV kanalında yayımlanan “Qız yükü” serialında baş verən qalmaqalla bağlıdır.Belə ki, serialın ilk 7 seriyasının ssenari müəllifi Arzu Soltan qonorarını ala bilmədiyinə görə İ.Hacılını məhkəməyə verib.Məlumatda o da qeyd olunub ki, A.Soltan bu günə kimi “Qız yükü” serialının yalnız iki hissəsinin qonararını alıb.Məsələ ilə əlaqədar Arzu Soltanla əlaqə saxladıq. Arzu Soltan AzNews.az-a açıqlamasında məlumatı təsdiqləyib.Xatırladaq ki, bir müddət əvvəl bu serial erotik səhnələrinə görə gündəmə gəlmişdi.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb