Rafiq Hüseynov: “Çətin günlərimi arxada qoydum”

14:48 | 24.07.2014
Rafiq Hüseynov: “Çətin günlərimi arxada qoydum”

Rafiq Hüseynov: “Çətin günlərimi arxada qoydum”

Azərbaycanın xalq artisti, tanınmış diktor Rafiq Hüseynov tam sağalacağına ümid edir. 
Rafiq Hüseynov AzNews.az-a açıqlamasında bildirib ki, özünü çox yaxşı hiss edir və növbəti dəfə müayinədən keçmək üçün avqustda Türkiyəyə gedəcək. 
R. Hüseynov işə çıxdığını və müalicəsinin effektinin olacağına ümid etdiyini də qeyd edib: “Hazırda iş başındayam. Mənə elə gəlir ki, çətin günlərimi arxada qoydum”. 
Qeyd edək ki, xalq artisti Rafiq Hüseynov onkoloji xəstəlikdən əziyyət çəkir. O, bununla əlaqədar Türkiyədə əməliyyat olunub. 
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM