Ramiz Əzizbəylinin dəqiq xəstəliyi bəlli oldu

11:32 | 26.02.2014
Ramiz Əzizbəylinin dəqiq xəstəliyi bəlli oldu

Ramiz Əzizbəylinin dəqiq xəstəliyi bəlli oldu

Tibb Universitetinin tədris - terapiya şöbəsinin reanimasiyasına yerləşdirilən Xalq artisti Ramiz Əzizbəyliyə diaqnoz qoyulub. Bu barədə Publika.az-a aktyorun həyat yoldaşı Zümrüd Əzizbəyli məlumat verib. Onun sözlərinə görə, həkimlər xalq artistinin beyin işemiyası xəstəliyindən əziyyət çəkdiyini bildirib. Zümrüd xanım hələ də Ramiz Əzizbəylinin yanına əzizlərinin buraxılmadığını söylədi:  "Yanına heç kəsi buraxmırlar. Heç biz də ailə üzvləri olaraq onu görməmişik. Amma həkimlər  onun vəziyyətinin düzələcəyini deyirlər. Ramiz nitqində qüsur olsa da danışır. Amma yerimir. Yataq şəraitindədir. Ümidimiz Allaha və həkimlərədir. Ramiz uzun müddət idi ki, xəstəlikdən əziyyət çəkirdi və üst-üstə yığılan bu problemlər nəhayət gətirib buna çıxardı”.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM