• $
  • €
  • ₽
  • ₺
  • £

Timoşenko Poroşenkonu ittiham etdi

Timoşenko Poroşenkonu ittiham etdi
21.02.2016 15:00
Ukraynanın "Batkivşına” Partiyasının lideri Yuliya Timoşenko prezident Petro Poroşenkonun davranışını Ukraynanı əldən vermək cəhdi adlandırıb. 

Apa-nın məlumatına görə, Y. Timoşenko P. Poroşenkoya müraciət edərək Ali Radanın növbədənkənar iclasının çağırılmasını tələb edib. 

"Bunun üçün prezidentin iradəsi lazımdır, başqa heç nə. Prezident parlamenti toplamalı, Ali Radanın rəhbəri isə növbədənkənar iclası elan etməlidir. Mən prezidentdən və parlament sədrindən bunu etmələrini xahiş edirəm. Ona görə ki, onların hazırkı davranışı Ukraynanı əldən vermək cəhdinə bərabərdir, - deyə Y. Timoşenko bildirib. 

Y. Timoşenko qeyd edib ki, hökumətin "de-fakto” istefaya göndərildiyi, hakimiyyəti isə klanların ələ keçirdiyi bir vaxtda parlamentin tətildə olması yersizdir. 

"Parlamentdə niyə tətil elan olunub? Ona görə ki, bütün bunların üstü örtülsün, hər şey necə var, elə saxlansın”, - deyə o vurğulayıb. 

Y. Timoşenko bildirib ki, iki variantdan birini seçmək üçün 28 gün var: "Birinci variant növbədənkənar seçkilər keçirmək və insanlara parlamentdə bir daha klan güclərinin və klan deputatlarının olmağacağına dair söz verməkdir. İkinci variant isə odur ki, prezident dövlətin klan sistemi ilə idarəçiliyini saxlayaraq məsuliyyəti üzərinə götürür. Lakin bu halda Ukrayna dövlətçiliyini itirə bilər”.

www.ann.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Dünya 23:49
Fransada nümayişlər zamanı təxminən 800 nəfər saxlanılıb
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
Dünya 23:18
Tramp: Demokratlar Konqresdə çoxluq əldə etsələr, “cənab veto”ya çevriləcəyəm
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Dünya 22:50
SEPAH İranda casusluqda şübhəli bilinən şəxsi saxlayıb
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Dünya 21:25
Latviya tarixində ilk dəfə BMT Təhlükəsizlik Şurasına sədrlik edir
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Dünya 20:26
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Dünya 18:23
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Dünya 17:43
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
Dünya 17:02
Hindistanda yerli etnik qruplar arasında toqquşmalar nəticəsində beş nəfər ölüb
İranda COVID-19-a yoluxma artır
Dünya 16:46
İranda COVID-19-a yoluxma artır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol